Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-5/2024 08.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X3 barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 03 fevral 2023-cü il tarixli, MN seriyalı, № ******* nömrəli inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayət üzrə inzibati materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 03 fevral 2023-cü il tarixli, MN seriyalı, № ******* nömrəli qərarının ləğv edilməsi və başlanılmış inzibati xəta haqqında materiallar üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 03 fevral 2023-cü il tarixli, MN seriyalı, № ******* nömrəli qərarı müdafiə edərək göstərmişdir ki, X2 xx.xx.2022-ci il tarixdə Agdam rayonu Alıbəyli kəndi ərazisində Subartezian quyusunun yaxınlıgında dm=50 sm olan 1 ədəd yaş halda vtutu agacanını bogazından kəstirməklə meşə fonduna daxil olmayan agacı məhv etmişdir. Araşdırma zamanı Agdam rayonu Alıbəyli kəndi ərazisində Subartezian quyusunun yaxınlıgın kök bogazından kəsilmiş 4 ədəd tut agaclarını yerləşən ərazi Agdam rayonu Alıbəyli bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsidir. X2 barəsində 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində qəbul edilmiş 03 fevral 2023-cü il tarıxli MN ******* nömrəli qərar qanunidir və şikayətin təmin edilməməsi və qərarın qüvvədə qalmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatında şikayətini müdafiə edərək göstərmişdir ki, o birinci Qarabağ müharibəsi əlilidir. Ağdam rayonu, Alıbəyli kəndində yaşayır. 44 günlük Vətən Müharibəsi zamanı ermənilər tərəfindən atılan mərmilərin partlaması nəticəsində kənddin ərazisində olan bəzi ağaclar məhv olmuşdur. O, cümlədən Ağdam rayonu, Alıbəyli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində olan çəkil ağacı da mərmi partlaması nəticəsində tamamilə zədələnmiş və yararsız hala düşmüşdür. Ağdam rayonu, Alıbəyli kənd sakini X5 həmin ağacı kəsmişdir. Ondan soruşduqda isə öz adını verməkdən qorxduğu üçün mən qazi olduğuma görə ağacın onun tərəfindən kəsildiyini demişdi. Lakin Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzəzrdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat cərimə olunmuşdur. Barəsində tərtib edilmiş qərar qanunsuz və əsassız olmaqla qərəzlidir. Çünki, o ağac kəsməmişdir. Onun heç bir təqsiri yoxdur. Ona görə də şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 dekabr 2022-ciil tarixli MN ******* saylı protokolun surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Agdam rayonu Alıbəyli kəndi ərazisində Subartezian quyusunun yaxınlıgında dm=50 sm olan 1 ədəd yaş halda tut agacanını bogazından kəstirməklə meşə fonduna daxil olmayan agacı məhv etdiyinə görə Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə inzibati xəta törətmişdir. İş materiallarında olan 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 fevral 2023-cü il tarixli MN ******* saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2 000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X2 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi E.Cəlilova verdiyi xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, M.Əsədov xx.xx.2022-ci il tarixdə Agdam rayonu Alıbəyli kəndi ərazisində Subartezian quyusunun yaxınlıgında dm=50 sm olan 1 ədəd yaş halda tut agacanını bogazından kəstirməklə meşə fonduna daxil olmayan agacı məhv etdilməsini etiraf etmişdir. İş materiallarında olan Ağdam rayon Alıbəyli bələdiyyəsinin 08 dekabr 2022-ci il tarixli arayışının surətindən görünür ki, Agdam rayonu Alıbəyli kəndi ərazisində Subartezian quyusunun yaxınlıgında kəsilmiş tut agaclarının yerləşdiyi ərazi Alıbəyli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 129.1.5-ci maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə belə nəticəyə gəlir ki, şikayətə göstərilən dəlilər qanuni və əsaslı olmadığı üçün şikayət təmin edilməməli və şikayət edilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 03 fevral 2023-cü il tarixli, MN seriyalı, № ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 03 fevral 2023-cü il tarixli, MN seriyalı, № ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-5/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-5/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver