Məhkəmə qərarları › İş №3(013)-5/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-5/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-5/2025 17.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ağdam rayonu, Kosalar, 20 yanvar küçəsində qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə tərtib olunmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı Baş Gömrük İdarəsinin 12 dekabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolunda göstərilmişdir ki, Şəxs MMC xx.xx.2024-cü il tarixdə ** EO ***/20ZA827 yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə yük daxil etmiş, lakin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149-cü maddəsinin tələblərini pozaraq daxil olan mallara dair gömrük bəyanaməsini 15 gün ərzində gömrük orqanına təqdim etməmiş, Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Baş Gömrük İdarəsi və barəsində inzibati icraat aparılan Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakını təmin etmək məqsədi ilə iş bir dəfə təxir edilmiş, yenidən iş materiallarında olan ünvan üzrə məlumat verilmiş, lakin məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmişdir. Həmçinin barəsində inzibati icraat aparılan Şəxs MMC-yə ünvanlanmış məktub poçt xidməti tərəfindən "çatdırılmaya imkan yaradılmadı" qeydi ilə məhkəməyə qaytarılmışdır. İş materiallarından məlumdur ki, barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsi aparılan icraatdan məlumatlıdır, təqsirini qismən etiraf etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin TŞ-nin təqiqatçısı X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 00100-03386/24 /EP 0187665/ saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC xx.xx.2024-cü il tarixdə 20EO827/20ZA827 nəqliyyat vasitəsi ilə yüklə ölkə ərazisinə daxil olmuş, lakin Gömrük Məcəlləsinin 149-cü maddəsinin tələblərini pozaraq daxil olan mallara dair gömrük bəyanaməsini 15 gün ərzində gömrük orqanına təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd olunan Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tədbiq edilir. Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində görə gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir. Məhkəmə qanunvericiliyini yuxarıda sadalanan müddəalarına əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin inzibati xətanı törətməsi faktı sübuta yetirilir, MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 30-34, 106-115 və 430.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar