Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-501/2025 16.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Beyləqan rayonunun Yeni Mil qəsəbəsində qeydiyyatda olan, Beyləqan rayonunun Yeni Mil qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 11 iyul 2025-ci ildə saat 15 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş hissəsinə keçmək üçün müvafiq icazəsinin olmamasına baxmayaraq Ağdam rayonunun Təzəkənd kəndində yerləşən polis postuna gələrək oradan işğaldan azad edilmiş əraziyə keçmək istəmiş, həmin vaxt polis əməkdaşları ondan geri qayıtmasını tələb etdikdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, Xankəndi şəhərinə işləməyə getmək istəmiş və Ağdam rayonunun işğaldan azad edilmiş hissəsinə keçmək üçün icazəsi olmuş, lakin sonradan vaxtı qurtarmışdır. 11 iyul 2025-ci ildə Təzəkənd polis postuna gələrək işğaldan azad əraziyə keçmək istəmiş, polis əməkdaşları onu buraxmadıqda mübahisə etmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və müharibə iştirakçısı olmaqla medallarla təltif olunduğunu qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis X3 Xidməti Bölüyünün polis nəfəri X2 göstəmişdir ki, 11 iyul 2025-ci ildə saat 15 radələrində Ağdam rayonunun Təzəkənd kəndində yerləşən polis postunda xidmətdə olduğu vaxt Şəxs həmin yerə gələrək işğaldan azad edilmiş əraziyə keçmək istəmişdir. Valehin işğaldan azad edilmiş əraziyə getmək üçün müvafiq icazəsi olmamış və bu səbəbdən postdan buraxılmamışdır. Bu səbəbdən Valeh polis əməkdaşları ilə mübahisə etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin ifadəsi və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, 44 X1 iştirakçısı olmaqla «Vətən Müharibəsinin iştirakçısı», «Cəbrayılın azad olunmasına» görə, «Qubadlının azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Cəsur döyüşçü» medalları ilə təltif olunması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 16:00-da inzibati qaydada tutulmuş və xx.xx.2025ci ildə saat 12:45-də azad olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, yüz əlli manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-501/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-501/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver