Məhkəmə qərarları › İş №3(013)-502/2023

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-502/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-502/2023 25.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Ağdam rayonunun Yüzbaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Yüzbaşlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 10 oktyabr 2023-cü ildə saat 19 radələrində etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi KİA markalı ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağdam rayonunun Paşabəyli kəndində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq Zərərçəkmiş şəxs məxsus at arabasını vurmuş, araba isə Zərərçəkmiş şəxs dəymiş, nəticədə sonuncunun sağlamlığına ehtiyatsızlıqdan yüngül bədən xəsarəti yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 10 oktyabr 2023-cü ildə saat 19 radələrində KİA markalı ** ER *** nömrəli avtomobillə Ağdam rayonunun Paşabəyli kəndində hərəkətdə olarkən həmkəndlisi Zərərçəkmiş şəxs məxsus at arabasını vurmuş, araba isə yaxınlıqda dayanmış Zahirə dəymiş və Zahir yüngül xəsarət almışdır. İlk dəfə olaraq inzibati xəta törətdiyini və 44 X2 iştirakçısı olduğunu qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərmişdir ki, 10 oktyabr 2023-cü ildə saat 19 radələrində Ağdam rayonunun Paşabəyli kəndində özünə məxsus at arabasının yanında dayandığı vaxt həmkəndlisi Şəxs KİA markalı ** ER *** nömrəli avtomobillə gələrək arabanı vurmuş, araba isə ona dəymişdir. Nəticədə yüngül xəsarət almışdır. Hadisə ehtiyatsızlıqdan baş verdiyindən və ona dəymiş ziyan ödənildiyindən Şəxs qarşı şikayəti olmamışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağdam Rayon Polis X1 xx.xx.2023-cü il tarixli qərarının surəti, xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və digər sübutlarla təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Onun 44 X2 iştirakçısı olması, ilk dəfə olaraq inzibati xəta törətməsi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ondan şikayətçi olmaması məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar