Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-504/2024 29.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə, 20 iyun 1988-ci ildə Ağdam rayonu, Qasımlı Ə\D, Şelli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fəhlə işləyən, Ağdam rayonu, Qasımlı Ə\D, Şelli kəndində qeydiyyatda olan və Bərdə rayonu, 866-cı qəsəbədə yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, 27 iyul 2024-cü il tarixdə saat 02:30 radələrdə X2 RPŞ-nin inzibati binasında polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan X5 vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X3 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, 27 iyul 2024-cü il tarixdə saat 02:30 radələrdə X7 Hissəsinə salınaraq gözlənilməsi bildirdikdə o,buna narazıçılıq bildirərək uca səslə ünvanlı, ünvansız nalayiq ifadələr işlədərək Ağdam RPŞ-nin iş fəaliyyətini pozmağa başlamışdır.Ona dəfələrlə irad tutularaq nizam intizama dəvət etsələrdə şəxs söylənənlərə məhəl qoymayaraq nümayişkaranə şəkildə qanuni tələblərə əməl etməmişdir. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 izahatında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, əməlindən səmimi peşman olduğunu bildirdi və ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin məsul növbətçi, polis leytenantı X9 ifadəsində göstərdi ki, X8 27 iyul 2024-cü il tarixdə saat 02:30 radələrdə X7 Hissəsinə salınaraq gözlənilməsi bildirdikdə o, buna narazıçılıq bildirərək uca səslə ünvanlı, ünvansız nalayiq ifadələr işlədərək Ağdam RPŞ-nin iş fəaliyyətini pozmağa başlamışdır.Ona dəfələrlə irad tutularaq nizam intizama dəvət etsələrdə şəxs söylənənlərə məhəl qoymayaraq nümayişkaranə şəkildə qanuni tələblərə əməl etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, şahid ifadəsi və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Məhkəmə baxışı zamanı X4 əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. İş materiallartırda olan 27 iyul 2024-cü il tarixli № ******* inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X8 27 iyul 2024-cü il tarixdə saat 03:00-da inzibati qaydada tutulmuş və 27 iyul 2024-cü il tarixdə, saat 12:25-də azad edilmişdir. Odur ki, həmin müddət nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48- 51, 61, 73, 106-114, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X8 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib onun barəsində 11 (on bir) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. X4 27 iyul 2024-cü il tarixdə, saat 03:00-dən 27 iyul 2024-cü il tarixdə, saat 12:25-dək inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla, üzərinə qəti olaraq 10 (on) gün müddətinə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 29 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Ağdam və Bərdə rayon Polis Şöbələrinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-504/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-504/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver