Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-509/2024 30.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun İmamqulubəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 30 iyul 2024-cü ildə saat 10 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları ondan idarə etdiyi VAZ-21015 markalı ** BK *** dövlət qeydiyyat nömrəli avtomobili saxladığı qadağan olunmuş yerdən götürməsini tələb etdikdə ünvansız nalayiq ifadələr işlədərək ictimai-qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf etməyərək bildirmişdir ki, 30 iyul 2024-cü ildə saat 10 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində avtomobilini saxlayaraq mağazaya girmiş, mağazadan çıxdıqda polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Şəkər və ürək xəstəsi olduğunu, əvvəllər ikinci qrup əlil kimi pensiya aldığını, sonradan pensiyasının kəsildiyini qeyd etməklə köməklik göstərilməsini məhkəmədə xahiş etmişdir. Ağdam Rayon Polis X3 Polisi Bölməsinin rəisi X1 şahid qismində məhkəmədə izahat verib göstərmişdir ki, Şəxs əvvəllər məhkum olunmuş və dəfələrlə yol hərəkəti qaydasını pozmuşdur. 30 iyul 2024-cü saat 10 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində xidmətdə olduğu vaxt Şəxs idarə etdiyi VAZ-21015 markalı ** BK *** dövlət qeydiyyat nömrəli avtomobili qadağan olunmuş yerdə saxlamışdır. Şəxs avtomobili saxladığı qadağan olunmuş yerdən götürməsini tələb etdikdə sonuncu ünvansız nalayiq ifadələr işlədərək ictimai-qaydanı pozmuşdur. Şəxs intizama dəvət etmiş, lakin o, sakitləşməyərək nalayiq ifadələrini işlətməyi davam etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, polis əməkdaşının məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Onun təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəyə əsasən səkkiz gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 30 iyul 2024-cü il saat 12:50-dən hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-509/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-509/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver