Məhkəmə qərarları › İş №3(013)-515/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-515/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-515/2025 22.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və qanuni nümayəndəsi X5, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Ağdam rayon prokurorunun böyük köməkçisi X2 iştirakı ilə, xx.xx.2008-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Zəngişalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 17 iyul 2025-ci ildə saat 19 radələrində Ağdam rayonunun Xındırıstan kəndində xidmət aparan Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf etməyərək bildirmişdir ki, atasına məxsus VAZ 2107 markalı ** BV *** nömrəli avtomobillə Xındırıstan kəndinə gəlmiş, orada polis əməkdaşı ondan avtomobilin açarını istəmiş, həmçinin onu söymüşdür. Daha sonra zorla polis şöbəsinə aparılarkən qolu əzilmiş, şalvarının kəməri qırılmışdır. Polis şöbəsində yenidən polis əməkdaşları onu təhqir etmişlər. İnzibati xəta törətmədiyini qeyd etməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X12 Polisi Bölməsinin yol patrul xidmətinin baş inspektoru X8 göstərmişdir ki, 17 iyul 2025-ci ildə saat 19 radələrində Ağdam rayonunun Xındırıstan kəndində xidmətdə olduğu vaxt sürücülük vəsiqəsi olmayan Şəxs idarə etdiyi VAZ 2107 markalı ** BV *** nömrəli avtomobillə gələrək yolun kənarında dayanmışdır. Elgün polis əməkdaşlarını görüb oradan getmək istəmiş, o isə Elgündən avtomobilin açarını onunla xidmətdə olan Sahib Quliyevə verməsini demişdir. Həmin vaxt Elgün açarı verməmiş, polisləri nalayiq söyüşlərlə söyməyə başlamışdır. Həmin gün rayonda 1 nömrəli tədbir olduğundan polis əməkdaşları Ağdamın işğaldan azad edilmiş hissəsində olmuşlar. Bu səbəbdən Elgünü post patrul xidmətinin əməkdaşlarının iştirakı olmadan polis şöbəsinə aparmışlar. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X12 Polisi Bölməsinin yol patrul xidmətinin inspektoru X1 Arif Eyvaz oğlunun göstərdiyi xüsusatları təsdiqləmişdir. Ağdam rayon prokurorunun böyük köməkçisi S.R.Məmmədli qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidlərin ifadələri və digər iş materialları ilə təsdiq olunur. Onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, yetkinlik yaşına çatmaması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, iki yüz manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar