Məhkəmə qərarları › İş №3(013)-518/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-518/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-518/2024 05.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx.xx.1988-ci ildə Vartaşen rayonunun Baş Daşağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücüvəzifəsində işləyən, Oğuz rayonunun Baş Daşağalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 08 iyun 2024-cü ildə saat 08 radələrində etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi «HOVO» markalı ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xankəndi şəhəri istiqamətindən Ağdam şəhəri istiqamətinə hərəkətdə olarkən Ağdam rayonunun Xıdırlı kəndi ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq yolun sol hərəkət hissəsinə çəkmiş, həmin vaxt hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi Mercedes E 270 markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobildə olan sərnişin Z.A.İmanovun sağlamlığına ehtiyatsızlıqdan yüngül bədən xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs2 sağlamlığına isə dərəcəsi təyin edilməyən xəsarət və avtomobilinə maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 08 iyun 2024-cü ildə saat 08 radələrində etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi «HOVO» markalı ** JK *** nömrəli nəqliyyat vasitəsi ilə Xankəndi şəhəri istiqamətindən Ağdam şəhəri istiqamətinə hərəkətdə olarkən Ağdam rayonunun Xıdırlı kəndində yolun soluna çıxmış və Mercedes E 270 markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İlk dəfə olaraq inzibati xəta törətdiyini, hadisənin ehtiyatsızlıqdan baş verdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və imkanı olmadığından ziyanı ödəədiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilmədiyini bildirmişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağdam Rayon Polis X1 xx.xx.2024-cü il tarixli qərarının surəti, xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxslərin izahatı və digər sübutlarla təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq ehtiyatsızlıqdan inzibati xəta törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar