Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-524/2024 06.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, xx.xx.1984-cü ildə Ağdam rayonunun Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonunun Mərzili kəndində qeydiyyatda olan Şəxs Yaqub oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsindən Ağdam Rayon Məhkəməsinə daxil olmuş inzibati materialda Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi, onun 50 manat məbləğində cərimə və 30 manat dəbbə pulunu ödədiyi göstərilmiş və iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, Şəxs yol hərəkəti əleyhinə olan inzibati xəta törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində tərtib olunmuş protokolu və digər sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Şəxs cərimə məbləğini və dəbbə pulunu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən Bu Məcəllənin 313-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 128-130- cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-524/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-524/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver