Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-524/2025 29.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Ağdam rayonunun Əhmədağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Əhmədağalı kəndində qeydiyyatda olan, Ağdam rayonunun Əhmədağalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 28 iyul 2025-ci ildə saat 12 radələrində Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbəsində ictimai qaydanı pozduğu vaxt onu intizama dəvət edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, 28 iyul 2025-ci ildə günortaya yaxın qayını Rahil Murtuzayevin yaşadığı qəsəbəyə getmişdir. Su idarəsinin əməkdaşları qəsəbəyə gələrək suya borcunun olduğu üçün Rahilin suyunu kəsmək istəmişlər. Həmin vaxt səsküy salaraq Rahilin suyunun kəsilməsinə imkan verməmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək onları sakitləşdirmək istəmişlər. Əsəbi olduğundan polis əməkdaşını da söymüş və öz nalayiq ifadələrini davam etmişdir.. Bundan sonra polis əməkdaşları onları həkimə aparmışlar. Xəstəxanaya getdikdən sonra pəncərəsinin şüşəsini sındırmışdır. Polis əməkdaşları onu və Rahili vurmamışlar. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X6 Xidməti Bölüyünün polis nəfəri X3 göstərmişdir ki, 28 iyul 22025-ci ildə saat 12 radələrində iş yoldaşı X5 ilə birlikdə Ağdam rayonunun Quzanlı qəsəbəsində xidmətdə olduğu vaxt polis şöbəsindən gələn tapşırığa əsasən Yeni İmamqulubəyli qəsəbəsinə getmişlər. Yeni İmamqulubəyli qəsəbəsində Rahil Murtuzayevin yaşadığı evin qarşısında Şəxs ilə birlikdə orada dayanmış icra nümayəndəsini, su idarəsinin əməkdaşlarını söydüklərini görmüşdür. Rahil və İsməti sakitləşdirmək istəmiş, lakin həmin şəxslər sakitləşməmiş, əksinə polislərin ünvanına nalayiq ifadələr işlətmiş və «102» xidmətinə zəng vuraraq polis əməkdaşları tərəfindən döyüldüklərini demişlər. Bundan sonra Rahili və İsməti müayinə etmək üçün Ağdam xəstəxanasına aparmışlar. Xəstəxanada Rahil və İsmət səs-küy salaraq söyüş söymələrini davam etmiş, İsmət xəstəxananın pəncərəsinin şüşəsini sındırmışdır. Hər iki şəxsi intizama dəvət etmiş, lakin onlar polisin tələbinə məhəl qoymayaraq söyüş söyməyi davam etmişlər. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X6 Xidməti Bölüyünün polis nəfəri X1 Vüsal Əhliman oğlunun izahatında göstərilən xüsusatları təsdiqləmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidlərin məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 20:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəi ilə təqsirli bilinib, on gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 28 iyul 2025-ci il saat 20:00-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-524/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-524/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver