Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-528/2025 30.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Niftəliyev Mahir Şamil oğlu, Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə materiala baxaraq müəyyənetdim: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Ağdam Rayon Polis Şöbəsindən iki ədəd materialı daxil olmuş, işin biri 3(013)-527/2025, digəri isə 3(013)-528/2025 nömrə ilə qeydə alınmışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşin baxılmasına istisna edən hallar mövcud deyildir. Protokol və işin materialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş 3(013)-527/2025 və 3(013)-528/2025 saylı inzibati xəta haqqında materiallara eyni vaxtda baxılmalı və həmin materiallar bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsində işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda həmin işlərə eyni vaxtda baxılmasını özündə ehtiva edir. X1 Məcəlləsində işlərin bir icraatda birləşdirilərək baxılması qaydası tənzimlənmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş 3(013)-527/2025 və 3(013)- 528/2025 saylı inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilməli və həmin işə 3(013)-527/2025 saylı nömrə ilə baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2, 43, 106 və 111-ci maddələrini rəhbər tutaraq qərarverdim: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş 3(013)-527/2025 və 3(013)-528/2025 saylı inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilsin və işə 3(013)-527/2025 nömrə ilə baxılsın. Hakim Mahir Niftəliyev.
Məhkəmə qərarları › İş №3(013)-528/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-528/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver