Məhkəmə qərarları › İş №3(013)-530/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-530/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-530/2024 07.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Ağdam rayonu, Kürtlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, formada çoban, işləməyən, Ağdam rayonu, Kürtlər kəndində qeydiyyatda olan, Ağdam rayonu, Dördyol-1 qəsəbəsi ev 359-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: T.Şəxs yaşadığı Ağdam rayonunun Əliağalı kəndində yerləşən fermada 1 (bir) ədəd ov tüfəngini qanunsuz olaraq saxlamış, həmin silah xx.xx.2024-cü il tarixdə saat 17 radələrində aşkar edilərək götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən T.Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü ildə saat 17 radələrində Ağdam RPŞ-nin əməkdaşları onun işlədiyi Ağdam rayonu Əliağalı kəndində yerləşən fermaya gələrək ona məxsus ov tüfəngini aşkar etmişlər. Həmin ov tüfəngi mərhum babası Rüstəm İsgəndərovdan qalmışdır. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. T.Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, xx.xx.2024-cü il tarixli MN- 1955832 saylı inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq olunmuşdur. T.Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf etməsi məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, T.Şəxs inzibati xətanın biləvasitə obyekti olmuş ov tüfəngi müsadirə edilməklə cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi həmin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə T.Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-54,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın biləvasitə obyekti olmuş ov tüfəngi müsadirə edilməklə səksən manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar