Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-532/2025 31.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Ağdam rayonunun Ortaqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Üçoğlan ərazi dairəsinin Ortaqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 30 iyul 2025-ci ildə saat 10 radələrində X3 ondan pul alaraq qaytarmaması barədə etdiyi şikayət əsasında Ağdam Rayon Polis Şöbəsinin inzibati binasında izahat verərkən Ruhanə Gülməmmədovanın ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf etməyərək bildirmişdir ki, bir il bundan əvvəl tanışı Ruhanə Gülməmmədovadan 15000 manat pul almış və hazırki vaxta qədər 2950 manat qaytararaq 12050 manat borclu qalmışdır. Ruhanə ondan bir neçə dəfə pulunu istəmiş, o isə imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Ruhanə onun barəsində polis şöbəsinə şikayət etmişdir. 2-3 gün bundan əvvəl Ağdam Rayon Polis Şöbəsinə dəvət olunmuş, lakin Bakı şəhərində olduğu üçün polisə getməmişdir. 29 iyul 2025-ci ildə Ağdam rayon Polis Şöbəsində işləyən Lənkəran adlı qohumu ilə birlikdə Bakı şəhərindən Ağdam rayonuna gəlmiş və 30 iyul 2025-ci ildə Lənkəranın sözü ilə polis şöbəsinə getmişdir. Ağdam rayon Polis Şöbəsində olduğu vaxt ondan izahat alınmış, rəis müavini onunla normal danışmışdır. Daha sonra Ruhanə Gülməmmədova polis şöbəsinə gəlmiş və bundan sonra rəis müavini Ruhanənin yanında onunla kobud danışmışdır. Ruhanənin ünvanına söyüş söyməmiş, polisə qarşı kobudluq etməmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X4 Bölməsinin sahənin polis nəfəri X6 göstərmişdir ki, 30 iyul 2025-ci ildə saat 10 radələrində Şəxs Ağdam Rayon Polis Şöbəsində izahat vermidir. Elvinin barəsində Ruhanə adlı qadın şikayət etmişdir. Elvin izahat verdiyi vaxt otaqda o, izahatı alan sahə rəisi Ayxan İmanov, polis nəfəri Cehun Vəliyev və Ruhanə Gülməmmədova olmuşlar. Elvin otaqda Ruhanəni söyməyə başlamış, polis əməkdaşları isə Elvini sakitləşdirməyə çalışmışlar. Elvin sakitləşməyərək polis əməkdaşlarının ünvanına da söyüş söyməyə başlamış və tələb edilməsinə baxmayaraq tabe olmayıb nalayiq ifadələrini davam etmişdir. Həmçinin Elvinin qardaşı Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vuraraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X4 Bölməsinin sahənin polis nəfəri X2 Asiman İnqilab oğlunun izahatında göstərilən xüsusatları təsdiqləmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidlərin məhkəmədə verdikləri izahatlar və digər iş materialları ilə təsdiq olunur. Şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır. Şəxs məhkəmədə verdiyi izahatından da məlum olmuşdur ki, o, X1 almış olduğu 15000 manat pulu qaytarmaq fikri olmamış, bu səbəbdən sonuncu ilə arasında mübahisə yaranmış və Ruhanə Gülməmmədova onun barəsində polisə şikayət etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 12:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəyə əsasən on gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 30 iyul 2025-ci il saat 12:00-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-532/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-532/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver