Məhkəmə qərarları › İş №3(013)-536/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-536/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-536/2025 01.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ağdam X3 İstismarı İdarəsinin nümayəndəsi X2, X5 nümayəndəsi X6 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X5 X15 İstismar İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X5 31 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolunda göstərilmişdir ki, X15 İstismar İdarəsi tərəfindən Şöbənin 26 may 2025-ci il tarixli, 3-17-5/2-48298/2025 saylı icrası məcburi göstərişi yerinə yetirilməməsinə görə idarə barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X5 nümayəndəsi X11 məhkəmə iclasında tərtib edilmiş protokolu müdafiə etdi, Ağdam X3 İstismarı İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsinin tələblərinin pozulmasını və həmin idarənin inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 göstərdi ki, Oruc Allahverdiyev öz ərizəsi əsasında işindən azad olunub. Ona görə də təmsil etdiyi idarəni hazırkı işdə təqsirsiz bilir. Bundan əvvəl də O.Allahverdiyevin işindən azad edilməsi ilə bağlı idarənin rəhbəri H.Əzimzadə 1500 manat cərimə olunub, həmin cərimə isə artıq ödənilib. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq hesab edir ki, X15 İstismar İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Belə ki, iş materiallarında olan X9 Xidmətinin X5 rəisi A.Baxşalıyev tərəfindən tərtib edilmiş 26 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 əmək müqaviləsinə əmək qanunvericiliyinn tələblərinə Ağdam X3 İstismarı İdarəsi tərəfindən zidd xitam verilmiş, Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi təqsirli bilinən idarənin müdiri H.Əzimzadə 1500 manat cərimə edilmişdir. Ağdam X3 İstismarı İdarəsinin rəisi H.Əzimzadəyə ünvanlanmış 26 may 2025-ci il tarixli, 3-17- 5/2-48298/2025 saylı məktubdan görünür ki, vətəndaş X1 idarədən işdən azad edilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional Şobəsində baxılmiş, müraciətlə əlaqədar Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşgulluq" Altsisteminə baxış zamanı O.Allahverdiyev ilə idarə arasında baglanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) 5-ci bəndinin (işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq muddəti bitənədək bu maddə ilə muəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir) tələbinin pozulmasi faktı məlum olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi əsası ilə) xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. 30 (otuz) gün müddətində törədilmiş hüquqpozmanın aradan qaldırılması, O.Allahverdiyevin əmək muqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, 13 saylı əmrin ləğv edilməsi, vətəndaşın işinə bərpa edilməsi, vətəndaşa 2025-ci ilin mart ayı üçün hesablanmış əmək haqqının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti) 1-ci bəndinə müvafiq olaraq (bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş günunun müddəti həftəlik günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır) yenidən hesablanaraq qısaldılmayan iş gunü uçün (xx.xx.2025) əmək qanunvericiliynə uyğun olaraq əmək haqqı hesablanıb ödənilməsi və nəticəsi barədə xidmətə məlumat verilməsi xahiş olunmuş, 30 gün ərzində törədilmiş huquq pozmanın aradan qaldırılmasını təmin edib nəticəsi barədə xidmətə məlumat verilməsi xahiş edimişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinin tələblərinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri qərarların, göstərişlərin işəgötürən və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Əks təqdirdə İXM-nin 539.1-1-ci maddəsinə əsasən (əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitaminin əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) Mərkəzin huquqi və vəzifəli şəxsinin müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacağı bildirilmişdir. X9 Xidmətinin X5 rəis vəzifəsini müvəqqəti icra edən M.Məmmədov tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Ağdam rayon sakini Oruc Allahverdiyevin Azərbaycan Respublikasının Prezidenti, cənab X16 X3 İstismarı İdarəsində əmək hüquqlarının pozulması ilə bağlı müraciəti X7 daxil olmuş və araşdırılmışdır. Aparılmış araşdırma zamanı müvafiq sənədlərə baxış keçirilərkən idarə tərəfindən X1 işdən qanunsuz azad edildiyi müəyyən edilmişdir. Belə ki, müraciətlə əlaqədar Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" Altsisteminə baxış zamanı O.Allahverdiyev ilə idarə arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinin tələbinin pozulması faktı məlum olmuşdur. Baş vermiş inzibati xəta halına görə idarənin vəzifəli şəxsi X8 barəsində regional şöbə tərəfindən xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan əlavə baş vermiş inzibati xəta halının aradan qaldırıması, qanunsuz işdən azad edilmə əmrinin ləğvi və s. ilə bağlı işəgötürənə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-48298/2025 saylı icrası məcburi göstəriş xarakterli məktub ünvanlanmışdır. Nazirliyin "Əmək və Məşğulluq" Altsisteminə baxış keçirilərkən O.Allahverdiyevin əvvəlki iş yerinə işəgötürən tərəfindən bərpa edilmədiyi müəyyən edilmişdir. Məktubda qeyd edilən müddətdə inzibati xəta halı aradan qaldırılmadığı üçün işəgötürənin vəzifəli şəxsi barəsində xx.xx.2025-ci il tarixində MN ******* saylı, hüquqi şəxsi barəsində isə MN ******* saylı protokol tərtib edilmişdir. İXM-nin 539.1-1-ci maddəsində qeyd edilir ki, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Odur ki, Ağdam X3 İstismarı İdarəsi barəsində İXM-nin 539.1-1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və tərtib edilmiş xx.xx.2025- ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə Qərardad Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edildiyini nəzərə alaraq baxılması üçün məhkəməyə göndərilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsi nəzərdə tutur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Məcəllənin 5.3-cü maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınır. Sözügedən Məcəllənin 25.7-ci maddəsinə görə bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsində qeyd olunur ki, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi Ağdam X3 İstismarı İdarəsi tənbeh edildiyi inzibai xətanı ilk dəfədir ki, törədir. Məhkəmə nümayəndələri dinləyib, iş materiallarını araşdırıb, toplanmış materialları qiymətləndirib, işin hazırkı halını nəzərə alıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ağdam X3 İstismarı İdarəsi İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona maddənin sanksiyası hüdudlarında tənbeh verilməli, həmçinin Azərbaycan Respublikası İXM-nin 25.7 və 116.1-ci maddələrinin müddəaları baxımından cərimə tənbehi şərti olaraq tətbiq edilməli, inzibati məsuliyyətə səbəb olan halların aradan qaldırılması üçün Ağdam X3 İstismarı İdarəsinə 1 ay vaxt müəyyən edilməlidir. Həmin müddət ərzində inzibati məsuliyyət yaradan halların aradan qaldırılması təmin edilərsə qərar icra edilməməli, əks halda isə qərar icra edilməsi üçün yönləndirilməlidir. Məhkəmə belə nətiəcəyə gələrkən qeyd edir ki, inzibati xətalar məcəlləsi heç də inzibati xəta törətmiş şəxsləri cəzalandırmaq məqsədini daşımır. İXM-si inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınması və onlara hörmət olunmasını təmin edir, inzibati xəta törətmiş şəxsin haqqında tətbiq edilən tənbeh ədalətli olmasını, tənbehin inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmasını, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınmasını ehtiva edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 30-34, 106-119-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ağdam X3 İstismarı İdarəsi Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 /üç min/ manat məbləğində cərimə edilsin. İXM-nin 25.7-ci və 116.1-ci maddələrinin müddəaları baxımından Ağdam X3 İstismarı İdarəsinə təyin edilmiş cərimə tənbehi şərti olaraq tətbiq edilsin. İnzibati məsuliyyətə səbəb olan halların aradan qaldırılması üçün Ağdam X3 İstismarı İdarəsinə 1 /bir/ ay vaxt müəyyən edilsin, həmin hallar aradan qalıdırılmazsa cərimə tənbehi icra edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar