Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-54/2024 29.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Ağdam rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qarayev Nurəddin Vəkil oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X1 iştirakı ilə xx xxxxxx 1982-ci ildə Ağdam rayonunun Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşgul olan, Ağdam rayonunun Əfətli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 29 yanvar 2024-cü il tarixdə, Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş inzibati protokolun məzmununa görə Ağdam Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(013)-2459/2015 saylı və Ağdam Rayon Məhkəməsinin 2(013)-786/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqələrinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən tam təmin edilməmişdir. Hazırda borclunun 1720 manat məbləğində borcu qalmışdır. Borcluya rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə qalmış borcu ödəməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qarayev Nurəddin Vəkil oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs borcunu qərəzli olaraq ödəmədiyini, ona dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borcundan ödəniş etmədiyini, hazırda icra sənədi üzrə borclunun 1720 manat borcu yarandığını bildirdi və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan 1720 manat aliment borcunun mövcudluğunu etiraf edərək göstərdi ki, əməlindən səmimi peşmandır, borcunu ödəməkdən yayınmır, borcunu ödəmək istəyir, ancaq maddi imkanı yoxdur və tez bir zamanda borcunu tam olaraq ödəyəcəkdir. Odur ki, onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən tələbkar X2 məhkəmə iclasında verdiyi izahatında, Şəxs qeyd olunan icra sənədini qərəzli olaraq icra etmədiyini, ondan şikayətçi olduğunu bildirdi və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1–ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə Ağdam Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş protokola, barəsində inzibati xəta haqqında iş uzrə icraat aparılan şəxsin ilkin və məhkəmə iclasında verdiyi izahatlarına əsasən Şəxs inzibati xətanı törərtməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyası həddində, yəni onun barəsində inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106- 119-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. Həbs etmənin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablansın. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-54/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-54/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver