Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-54/2025 14.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Şikayət vermiş şəxs X1, Ağdam RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakı ilə Ağdam RPŞ-nin İTB-nin polis sahə rəisi X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayət üzrə inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ilə məhkəməyə müraciət edərək, Ağdam RPŞ-nin İTB-nin polis sahə rəisi X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, onun əkib beçərmək toroaq sahəsi var və ailəsini dölandırmaq üçün kənd təsərrüfatı ilə məşğul olur. Bol məsul əldə etmək üçün həmin torpaq sahəsinə peyin tökür və həmin peyin məişət tulantısı deyil. Ona görə də şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ağdam RPŞ-nin İTB-nin polis sahə rəisi X4 izahatında şikayətin əsasız olduğunu bildirərək göstərdi ki, X3 yolun kənarına şəhidlərin şəkilər olan yerə yaxın məişət tullantılarının, yəni peyin tutumlardan (urnalardan) kənar atmışdır. Ona dəfələrlə şifai xəbərdarlıq edilsə də, lakin K.Məmmədov qanuna zid əməlini davam etdirərək ətrafı peyinlə çirkləndirmişdir. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ağdam RPŞ-nın İTB-nin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Ağdam RPŞ-nin İTB-nin polis sahə rəisi X2 xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə- fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 129.1.5-ci maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsasız olduğundan təmin edilməməli, Ağdam RPŞ-nin İTB-nin polis sahə rəisi X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilməməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 128.1, 129.1.5, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ağdam RPŞ-nin İTB-nin polis sahə rəisi X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə X1 şikayəti təmin edilməsin. Ağdam RPŞ-nin İTB-nin polis sahə rəisi X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-54/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-54/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver