Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-541/2025 07.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, İnzibati protokolu tərtib edən şəxs Qarayev Nurəddin Vəkil oğlunun, Barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1984-cü il tarixdə Azərbaycan Respublikası Ağdam rayon Zəngişalı kəndində anadan olmuş, orta təhsilli, ailəli, Ağdam rayon Zəngişalı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata və materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Ağdam Rayon Məhkəməsinin 2(013)-1461\2017 saylı, xx.xx.2017-ci il tarixli və Ağdam Rayon Məhkəməsinin 2(013)-1880/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməyərək müəyyən olunmuş borcundan ödəniş etməmişdir. Bu müddət ərzində Ağdam Rayon Məhkəməsinin 2(013)-1461\2017 saylı icra sənədi üzrə 40.000 ABŞ dolları və Ağdam Rayon Məhkəməsinin 2(013)-1880/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 2049 manat məbləğində borcu yaranmışdır. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qarayev Nurəddin Vəkil oğlu tərəfindən 07 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qarayev Nurəddin Vəkil oğlu təqdimatı müdafiə edərək göstərdi ki, Şəxs icra işi onun icraatına verilmişdir. Şəxs dəfələrlə icra şöbəsinə dəvət edilmiş, ona borcunu ödəməyin zəruriliyi dəfələrlə izah edilmişdir.Bu barədə ona dəfələrlə yazılı xəbərdarlıq edilmişdir. Tələbkarlar dayanmadan yuxarı dövlət orqanlarına şikayətlər edir, məhkəmə icra məmurunun tədbir görməməsindən, hərəkətsizliyindən şikayətlər edir. Qətnamələr qeyd edildiyi vaxtdan hazırki vaxta qədər borclu Şəxs borcunu mütəmadi olaraq icra etmir. Bütün icra tədbirləri görülməsinə baxmayaraq borclu Şəxs borcunu tam ödəməmiş, tələbkar şikayətlərini davam etdirir. Ona görə də təqdimatı müdafiə edir. Şəxs barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında fərdi əməklə məşğul olduğunu, hazırda icra sənədləri üzrə 40.000 ABŞ dolları məbləğində və 2049 manat borcunun olduğunu bildirdi. Göstərdi ki, həmin yaranmış borc məbləğlərini bir dəfəyə tam olaraq ödəyə bilmir. Hazırda olan borcunu tam şəkildə ödəməyə imkanı yoxdur, nəzərə alınmasını xahiş edir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göründüyü kimi özünün etirafı və iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin həmin maddəsi ilə təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə məmurunun göstərdiklərini, işin hazırkı halını, tələbkar tərəfin mövqeyini nəzərə alıb hesab edir ki, N.Əsgərovun islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün o, inzibati qaydada həbs edilməlidir. İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məzkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrasından dəfələrlə qərəzli şəkildə yayınmasını nəzərə alaraq ona inzibati həbs cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-119cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 /səkkiz/ gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 07 avqust 2025-ci il tarixdən saat 15-30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət edilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №3(013)-541/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-541/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver