Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-544/2025 08.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxslər X6 və X2 iştirakı ilə, xx.xx.1994-cü ildə Masallı rayonunun Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Qaradağlı kəndində qeydiyyatda olan, Ağdam rayonunun Evoğlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cı maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 07 avqust 2025-ci ildə saat 20 radələrində Ağdam Rayon Təcili Tibbi Yardım stansiyasının «103» xidmətinə zəng vuraraq orada dispetçer işləyən X6, daha sonra yenidən həmin xidmətə zəng vuraraq çağırış üzrə tibbi bacısı X2 ünvanına nalayiq ifadələr işlədib ictimai qaydanı pozmuş, X6 və X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin «102» xidmətinə etdikləri şikayət əsasında saat 23 radələrində onun yaşadığı Ağdam rayonunun Evoğlu kəndinə getmiş Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına da nalayiq ifadələr işlədərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən A.Ə.Babayev təqsirini etiraf edərək bildirmişdir ki, 07 avqust 2025-ci ildə anası xəstə olmuş və günorta vaxtı təcili tibbi yardım gələrək iynə vurmuşdur. Saat 20 radələrində anasının vəziyyəti pisləşmiş və o, evdə olmadığı üçün qardaşı təcili yardımdan həkim çağırmışdır. Sonradan qardaşı ona zəng vuraraq həkim gəlmədiyini demişdir. Bu səbəbdən «103» xidmətinə zəng vurararaq orada olan qadınları söymüşdür. Daha sonra onun yaşadığı evə polis gəlmiş, sərxoş olduğundan yenidən söyüş söymüşdür. Polis əməkdaşları ona yaxınlaşıb intizama dəvət etmiş, o isə söyüşlərini davam etmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Ağdam Rayon Təcili X5 dispetçer işləyən X6 göstərmişdir ki, 07 avqust 2025-ci ildə saat 20 radələrində işdə olduğu vaxt Şəxs zəng vuararaq onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən onun halı pisləşdiyindən təkrarən gələn zəngə Aysel Cəfərova cavab vermişdir. Abdulla Ayselin də ünvanına söyüşlər söymüşdür. Daha Aysellə birlikdə Abdullanın barəsində «102» xidmətinə şikayət etmişlər. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Ağdam Rayon Təcili X5 çağırış üzrə tibbi bacısı işləyən X1 Aygün Mürşüd qızının göstərdikləri xüsusatları təsdiqləmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X11 Xidməti Bölüyünün polis nəfəri X8 göstəmişdir ki, Şəxs 07 avqust 2025-ci ildə saat 20 radələrində Ağdam Rayon Təcili Tibbi Yardım stansiyasının «103» xidmətinə zəng vuraraq orada dispetçer işləyən X3, daha sonra yenidən həmin xidmətə zəng vuraraq çağırış üzrə tibbi bacısı X2 ünvanına nalayiq ifadələr işlətmişdir. X6 və X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin «102» xidmətinə etdikləri şikayət əsasında saat 23 radələrində Şəxs yaşadığı Ağdam rayonunun Evoğlu kəndinə getmişdir. Sərxoş olan Şəxs polisin ünvanına da söymüşdür. Abdullanı intizama dəvət etməsinə baxmayaraq, sonuncu öz hərəkətlərini davam etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxslərin, şahidlərin ifadəsi və digər iş materialları ilə təsdiq olunur. İş materiallarında olan sərxoşluq üçün xx.xx.2025-ci il tarixli 160 saylı arayışdan görünür ki, Şəxs inzibati xəta törədərkən orta dərəcəli sərxoş olmuşdur. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 00:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəyə əsasən on gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 08 avqust 2025-ci il saat 00:20-dən hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-544/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-544/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver