Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-545/2025 11.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağcabədi rayonunun Kəhrizli kəndində qeydiyyatda olan, Ağcabədi rayonunun Kəhrizli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 09 avqust 2025-ci ildə saat 19 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsində «Hyundai-İ30» markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərkən Ağdam Rayon Polis X2 Polisi Bölməsinin əməkdaşları tərəfindən verilmiş «saxla» əmrinə məhəl qoymayaraq avtomobillə oradan uzaqlaşmaq istəmiş, polis əməkdaşları ondan geri qayıtmasını tələb etdikdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, psixi xəstəliyi olduğundan əvvəllər pensiya almış və ona sürücülük vəsiqəsi verilməmişdir. 09 avqust 2025-ci ildə saat 19 radələrində özünə məxsus «Hyundai-İ30» markalı ** CY *** nömrəli avtomobillə Quzanlı qəsəbəsində hərəkətdə olmuşdur. Polis əməkdaşları ona saxla işarəsi vermiş, o isə avtomobili idarə edib getmək istəmişdir. Sonra polis əməkdaşları onu saxladaraq polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onu təhqir edərək vurmuşlar. Polis əməkdaşları onu saxladarkən avtomobilini əzmişlər. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis X2 Polisi Bölməsinin yol patrul xidməti isnpektoru X1 göstəmişdir ki, 09 avqust 2025-ci ildə saat 19 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsində xidmətdə olduğu vaxt sürücüsünü əvvəllər tanımadığı «Hyundai-İ30» markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin qoşa xəttin üstünə çıxdığını görüb saxlatmışdır. Sürücü məhəl qoymayaraq işıqforun qırmızı işığında keçib getmişdir. Həmin şəxsin sürücülük vəsiqəsi olmamışdır. Məcbur olub yolu bağlayaraq sürücünü saxlamış, həmin vaxt polisin avtomobilinin təkəri Şəxs idarə etdiyi avtomobilə dəymiş, polisin xidməti avtomobilinə ziyan dəyməmişdir. Rövşəni təhqir etməmiş və vurmamışdır. Rövşən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin ifadəsi və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 19:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, yüz əlli manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-545/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-545/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver