Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-546/2025 11.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ağdam rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Azərbaycan Respublikası Ağdam rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonu Muğanlı kəndində qeydiyyatda olan və hazırda Ağdam rayonu Baharlı-2 qəsəbəsində yaşayan Şəxs - Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 09 avqust 2025-ci il tarixdə saat 19:00 radələrində Ağdam rayonu Baharlı-2 qəsəbəsində küçədə ailəsi ilə mübahisə edərək ünvanlı-ünvansız uca səslə nalayiq ifadələr işlətmiş, hadisə yernə gəlmiş polis əməkdaşlarına onu nizam-intizama dəvət etsələr də, o, sərxoş vəziyyətdə nalayiq ifadələr işlədərək orada xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Ağdam Rayon Polis Şöbəsinin polis sahə rəisi Yusif Zeynalov göstərdi ki, 09 avqust 2025-ci il tarixdə saat 19:00 radələrində Ağdam rayonu Baharlı-2 qəsəbəsində Şəxs küçədə ailəsi ilə mübahisə edərək ünvanlı-ünvansız uca səslə nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də Şəxs qanunsuz hərəkətləri davam etdirmiş, Şəxs polis əməkdaşlarına qarşı sərxoş vəziyyətdə nalayiq ifadələr işlədərək, orda xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, əməkdaşların köməyi ilə rayon polis şöbəsinə gətirilmiş və barəsində protokol tərtib olunmuşdur. Şəxs məhkəmədə təqsirini tam olaraq etiraf etdi, göstərdi ki, 09 avqust 2025-ci il tarixdə yaşağı Ağdam rayonu Baharlı-2 qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Özünü təqsirli bilir və əməlindən olduqca peşmandır, nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, toplanmış materialda olan sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif edilmiş, o, həmin maddələrlə təqsirli bilinməli və tənbeh edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materialları qiymətləndirib, işin hazırkı halını, Şəxs peşmançılığını nəzərə alıb hesab edir ki, onun islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün inzibati qaydada həbs edilməli və təqsirli bilindiyi maddənin həbs tənbeh tədbiri sanksiyasının aşağı həddində cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, bu yolla onun islah olunmasi yetərlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 535-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə həmin şəxs daha ciddi xəyaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə qeyd edir ki, Şəxs onun təqsirləndirildiyi maddələrin sanksiyasının ağır olduğu İXMnin 535.1-ci maddəsi ilə tənbeh veriləcək. 09 avqust 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-119- cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəyə əsasən 10 /on/ gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 09 avqust 2025-ci il tarixdən saat 18-00-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №3(013)-546/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-546/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver