Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-556/2025 18.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Ağdam rayonunun Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam şəhəri Ə.Bayramov küçəsi ev 24-də qeydiyyatda olan, Ağdam rayonunun Əfətli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 15 avqust 2025-ci ildə saat 14 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş hissəsinə keçmək üçün Ağdam rayonunun Evoğlu kəndində yerləşən polis postuna gələrək oradan işğaldan azad edilmiş əraziyə keçmək istəmiş, həmin vaxt polis əməkdaşları ondan geri qayıtmasını tələb etdikdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, işğaldan azad edilmiş əraziyə getmək üçün müvafiq icazəsi olmuşdur. 15 avqust 2025-ci ildə avtomobillə o, Akif Fətəliyev, Pərviz Həsənov və Sədrəddin Quliyev polis postuna gəlmiş, orada isə sistem işləməmişdir. Polis onlardan avtomobili geri sürməsini tələb etmiş, o isə polis əməkdaşı ilə mübahisə etmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis X2 Xidməti Bölüyünün polis nəfəri X1 göstəmişdir ki, 15 avqust 2025-ci ildə saat 14 radələrində Ağdam rayonunun Evoğlu kəndində yerləşən polis postunda xidmətdə olduğu vaxt Şəxs, Akif Fətəliyev, Pərviz Həsənov və Sədrəddin Quliyev həmin yerə gələrək avtomobili postun qarşısında saxlayaraq gediş-gəlişə maneçilik törətmişlər. Həmin səbəbdən sözügedən şəxslərə avtomobili oradan götürmələrini tələb etmişlər. Həmin şəxslər qanuni tələbə tabe olmayaraq səs-küy salmışlar. Şəxs və Pərviz Həsənov daha çox aktiv olaraq tabesizlik etmişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 23:00-da inzibati qaydada tutulmuş və xx.xx.2025-ci ildə saat 09:00da azad edilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, səkkiz gün müddətə inzibati həbs edilsin. Şəxs hazırki iş üzrə xx.xx.2025-ci il saat 23:00-dan xx.xx.2025-ci il saat 09:00-a qədər həbsdə saxlanıldığı iki gün müddət ona təyin edilmiş səkkiz gün müddətə inzibati həbsdən çıxılmaqla üzərində altı gün müddətə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 18 avqust 2025-ci il saat 12:40-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-556/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-556/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver