Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-559/2025 18.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ağdam rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Azərbaycan Respublikası Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ev 201-də qeydiyyatda olan və yaşayan, Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 15 avqust 2025-ci il tarixdə saat 14 radələrində Ağdam rayonu Evoğlu kəndində yerləşən polis nəzarət postunda xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bu səbəbdən barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Ağdam Rayon Polis Şöbəsinin polis sahə rəisi Nişad Allahverdiyev göstərdi ki, 15 avqust 2025-ci il tarixdə saat 14 radələrində Ağdam rayonu Evoğlu kəndi ərazisində yerləşən postda xidmətdə olduqları zaman «Opel» markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomaşınla dörd nəfər şəxs yaxınlaşaraq postun qarşısında avtomobili saxlayaraq gəliş-gedişə maneçilik törətdikləri üçün həmin şəxslərə avtomobili həmin yerdən götürməsini bildirdikdə həmin şəxslər səs küy salaraq onların ünvanına nalayiq ifadələr işlədərək, onlara qarşı əl-qol hərəkətləri edərək tabesizlik göstərərək onların qanuni tələblərinə tabe olmamış, əməkdaşların köməyi ilə rayon polis şöbəsinə gətirilmiş və barələrində protokol tərtib olunmuşdur. Hazırda əməllərini etiraf etmiş, peşmançılıq bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etdi, izahatında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək əməlindən səmimi peşman olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, 15 avqust 2025-ci il tarixdə saat 14 radələrində tanışları X6, X4 və həmkəndlisi X5 ilə birlikdə «Opel» markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə gəzmək üçün Ağdərə şəhərinə getdiklərini, işğaldan azad olunmuş ərazilərə giriş üçün posta yaxınlaşdıqda polis əməkdaşları onlara yaxınlaşaraq portalın işləmədiyini bildirərək gözləməli olduqlarını dediklərini, avtomaşını postun yanında ağacın altında saxladıqlarını, bu zaman polis əməkdaşı oradan avtomaşını götürməyi xahiş etdiyini, Akifə yerdə iri daşlar olduğu üçün yol göstərdiyini, avtomaşını yolun qarşı tərəfinə çəkdiklərini, avtomaşının yanında durduqları vaxt ona da məlum olmayan səbəbdən polis əməkdaşı ilə Xətai arasında mübahisə yarandığını və bu səbəbdən də polis əməkdaşlarının onları Ağdam Rayon Polis Şöbəsinə gətirdiklərini bildirdi. Bir daha bildirir ki, əməlindən peşmandır, ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında izahat verən Tacir Mirzəyev göstərdi ki, 15 avqust 2025-ci il tarixdə saat 14 radələrində Ağdam rayonu Evoğlu kəndi ərazisində yerləşən 11 nömrəli komendant postunda polis serjantları Kamran Əliyev və Qadir Heydərov ilə birlikdə xidmətdə olduqları zaman «Opel» markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomaşınla dörd nəfər şəxsin yaxınlaşaraq postun qarşısında avtomobili saxlayaraq gəliş-gedişə maneçilik törətdikləri üçün həmin şəxslərə avtomobili həmin yerdən götürməsini bildirdikdə həmin şəxslər səs küy salaraq onların ünvanına nalayiq ifadələr işlədərək, onlara qarşı əl-qol hərəkətləri edərək tabesizlik göstərərək onların qanuni tələblərinə tabe olmamış, əməkdaşların köməyi ilə onlar rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci madəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinməli və tənbeh edilməlidir. Məhkəmə toplanmış materialları qiymətləndirib, Şəxs peşmançılığını, şəxsiyyətini nəzərə alıb hesab edir ki, onun islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün inzibati qaydada cərimə edilməsi mümkündür, bu tədbir onun islah olunması üçün yetərli olacaq. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 535-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınır. 15 avqust 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. İXM-nin 31.4-1-ci maddəsi nəzərdə tutur ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-119-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: E.Bayramov.
Məhkəmə qərarları › İş №3(013)-559/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-559/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver