Məhkəmə qərarları › İş №3(013)-561/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-561/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-561/2025 20.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Ağdam rayonunun Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Boyəhmədli ərazi dairəsinin Salahlı Kəngərli kəndində qeydiyyatda olan, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 20 avqust 2025-ci ildə saat 12 radələrində Ağdam Rayon Polis Şöbəsinin inzibati binasında ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf etməyərək bildirmişdir ki, 19 avqust 2025-ci ildə arvadı Gültəkinlə birlikdə Çəmənli kəndinə gedərək orada yaşayan Rəhbər Məmmədov adlı şəxsin təmirə ehtiyacı olan evinin şəkillərini çəkmişlər. Bundan sonra Rəhbərdən xəbərsiz sonuncunun soyuducusuna baxaraq orada olan konservlərin də şəklini çəkib «tik-tok»da paylaşmışlar. 20 avqust 2025-ci ildə Ağdam Rayon Polis Şöbəsinə dəvət edilmiş və orada barəsində protokol tərtib edilmişdir. Heç kimin ünvanına söyüş söyməmiş, polisə qarşı kobudluq etməmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X1 Bölməsinin sahənin polis nəfəri X2 göstərmişdir ki, Şəxs arvadı ilə birlikdə 19 avqust 2025-ci ildə Ağdam rayonunun Çəmənli kəndinə gedərək orada yaşayan Rəhbər Məmmədov adlı şəxsdən xəbərsiz sonuncunun soyuducusuna baxaraq orada olan konservlərin şəklini çəkib «tik-tok»da paylaşmışlar. Sözügedən konservlər hərbi təyinatlı olduğundan bu barədə araşdırma aparılmış və Şəxs, həmçinin X3 Rayon Polis Şöbəsinə dəvət edilmişlər. Şəxs 20 avqust 2025-ci ildə saat 12 radələrində Ağdam Rayon Polis Şöbəsinin inzibati binasında ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Rəhbər Məmmədov isə Cabbarın ünvanın söyüş söymüş, polis əməkdaşları onu sakitləşdirmək istəsələr də tələbə məhəl qoymayaraq söyüşlərini davam etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin məhkəmədə verdiyi izahat, həmçinin özünün Ağdam Rayon Polis Şöbəsinə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, on gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 20 avqust 2025-ci il saat 17:15-dən hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar