Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-562/2024 14.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Quzanlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 13 avqust 2024-cü ildə saat 19:30 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində «Ağdam Mərkəzi Rayon Xəstəxanası» X3 inzibati binasının yaxınlığında ünvansız nalayiq ifadələr işlədərək ictimai-qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına da nalayiq ifadələr işlədərək sonuncuların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, 13 avqust 2024-cü ildə saat 19:30 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində xəstəxananın qarşısında olduğu vaxt bir nəfərlə mobil telefonla danışarkən əsəbi olduğu üçün söyüşlər söymüşdür. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq sakitləşməsini tələb etmişlər. Əsəbi olduğu üçün polisin ünvanına da söyüşlər söymüş və bu hərəkətini davam etmişdir. Ağdam Rayon Polis X1 Bölməsinin polis nəfəri X2 şahid qismində məhkəmədə izahat verib göstərmişdir ki, 13 avqust 2024-cü ildə saat 19:30 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində «Ağdam Mərkəzi Rayon Xəstəxanası» X3 inzibati binasının yaxnlığında xidmətdə olduğu vaxt Şəxs ünvansız nalayiq ifadələr işlədərək ictimai-qaydanı pozduğunu görərək sonuncuya yaxınlaşıb sakitləşməsini tələb etmişdir. Fuad həmin vaxt sakitləşməyərək onun və başqa polis əməkdaşlarının ünvanına nalayiq ifadələrini işlətməyi davam etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, polis əməkdaşının məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf etməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 22:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəyə əsasən iyirmi beş gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 13 avqust 2024-cü il saat 22:30-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-562/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-562/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver