Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-566/2024 15.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1986-cı ildə Ağdam rayonunun Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Əfətli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq, müəyyənetdi: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə material daxil olmuşdur. xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlərə əsasən Şəxs xx.xx.2022-ci ildən başayaraq xx.xx.2012-ci ildə anadan olmuş Ömər və xx.xx.2014-cü ildə anadan olmuş Xəyal adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 140 manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-24/2023 saylı qətnaməsinin əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Şəxs müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə daxil olmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, protokol və digər sənədlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə uyğun olaraq Ağdam Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Həmin maddəyə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə ki, material məhkəmədə öyrənilərkən məlum olduğu kimi borclu Şəxs əmlak vəziyyətini müəyyən edən sənədlər inzibati xəta haqqında protokola əlavə edilməmiş, onun aliment borcunun olub-olmaması, olduğu təqdirdə hansı məbləği təşkil etməsi aydınlaşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş protokol və digər sənədlər Ağdam Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-566/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-566/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver