Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-573/2025 09.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Ağdam rayonu Ayaqqərvənd kəndində qeydiyyatda olan Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs MMC 22291 (iyirmi iki min iki yüz doxsan bir) ABŞ dolları məbləğində vəsaiti 04 avqust 2023-cü ildə ölkə xaricinə köçürmüş və iki il müddət keçsə də, 22291 (iyirmi iki min iki yüz doxsan bir) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta 05 avqust 2025-ci ildə Şəxs MMC-nin qeydiyyat ünvanı olan Ağdam rayonunun Ayaqqərvənd kəndində törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi qismində məhkəmədə izahat verən K.T.Hacıyev göstərmişdir ki, 22291 ABŞ dolları məbləğində pul xx.xx.2025-ci ildə ölkəyə qaytarılmışdır. Əvvəllət tərtib edilmiş sənədlərdə texniki səhvlər olmuşdur. Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 20251 saylı məktubu və digər iş materialları ilə təsdiq olunur. Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Şəxs MMC-nin ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə belə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 22291 (iyirmi iki min iki yüz doxsan bir) ABŞ dolları məbləğinin iyirmi faizi məbləğində – məhkəmə qərarı icra olunan günə 4458 (dörd min dörd yüz əlli səkkiz) ABŞ dolları 20 (iyirmi) sentin Azərbaycan manatı məzənnəsi ilə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-573/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-573/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver