Məhkəmə qərarları › İş №3(013)-574/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-574/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-574/2025 26.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Ağdam rayonunun Evoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən "xxxx" MMC-də nəzarətçi işləyən, Ağdam rayonunun Evoğlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cı maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cı maddələri ilə məhkəməyə verilmiş ondan ötrü ki, o, 26 avqust 2025-ci ildə saat 04 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində ictimai qaydanı pozduğu vaxt onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini qismən etiraf edərək bildirmişdir ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən "xxxx" MMC-də nəzarətçi işləyir. 25 avqust 2025-ci ildə gecə vaxtı işdən çıxdıqdan sonra araq içmiş və 26 avqust 2025-ci ildə Quzanlı qəsəbəsinə gəlmişdir. Quzanlı qəsəbəsinə gəlməkdə məqsədi bazarlıq edib yaşadığı kəndə getmək olmuşdur. Taksi tapa bilmədiyindən əsəbiləşib söyüş söymüş, polis əməkdaşı ona yaxınlaşıb sakitləşdirmək istəmiş, o isə dərhal sakitləşmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X2 Xidməti Bölüyünün polis nəfəri X1 göstəmişdir ki, 26 avqust 2025-ci ildə saat 04 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində xidmətdə olduğu vaxt Şəxs söyüş söydüyünü eşidib ona yaxınlaşmışdır. Həmin vaxt sərxoş olan Vəlini intizama dəvət etmiş, Vəli isə tələbə tabe olaraq polis əməkdaşlarından üzr istəmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin ifadəsi və digər iş materialları ilə təsdiq olunur. İş materiallarında olan sərxoşluq üçün xx.xx.2025-ci il tarixli 185 saylı arayışdan görünür ki, Şəxs inzibati xəta törədərkən orta dərəcəli sərxoş olmuşdur. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 04:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından sözügedən Məcəllənin 53.0.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə qaydalarını icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutmuşdur. İşə baxılarkən məlum olmuşdur ki, Şəxs ictimai qaydanın mühafizə qaydalarını icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama halına yol verməmişdir. Şəxs ictimai qaydanın mühafizə qaydalarını icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama halına yol verməməsi onun özünün məhkəmədə verdiyi izahat, həmçinin şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis Şöbəsinin əməkdaşının izahatı ilə təsdiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, əlli manat məbləğində inzibati cərimə edilsin. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar