Məhkəmə qərarları › İş №3(013)-577/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-577/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-577/2025 18.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, 27 avqust 2025-ci il tarixli, EQ 30238636 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət üzrə inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİnin X2 27 avqust 2025-ci il tarixli, EQ 30238636 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu halda məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, O, 27 avqust 2025-ci il tarixdə idarə etdiyi «Kia Sorento» minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilə Ağdam şəhəri istiqamətindən Bərdə şəhəri istiqamətində avtomobil yolu ilə hərəkət edirmiş. Həmin yolda hərəkət sürəti 110 km/saat müəyyən olmuşdur. Həmin zaman onun isə qeyd olunan avtomobilə hərəkət sürəti 111 km/saat olmuşdur. Lakin yol polisi əməkdaşlarının avtomobilində olan radar qurğusu ilə onun avtomobilinin hərəkət sürətini aşdığı qeydə alınmışdır. O, isə idarə etdiyi avtomobilə sürət həddini aşmamışdır. Ancaq, onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin X2 27 avqust 2025-ci il tarixli, EQ 30238636 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə (yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 kmlsaat həddində aşmağa görə) 200 manat cərimə edilmişdir. Bununla əlaqədar o, həmin ərazidə xidmət aparan DYP əməkdaşlarına məlumat vermiş, onlar isə sistemdə texniki nasazlıq səbəbi ilə avtomatik cərimə göndərildiyini ona bildirmişlər və həll olunması üçün məhkəməyə müraciət etməli olduğunu tövsiyə etmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən Ağdam rayon Polis Şöbəsinin DYPB-in yol patrul xidməti operatoru polis serjantı X8 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Ağdam rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı X4 ilə birlikdə «Mercedes Benz» markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmətdə olan zaman qeyd olunan avtomobildə quraşdırılmış "Ay Patrul" radar sistemində texniki nasazlıq olduğundan (yəni həmin qurğunun yenidən proqramlaşması aparıldığı zaman) 110 km/saat sürət limiti müəyyən olunmuş yolda həmin yolun əvvəlki sürət limiti (60 km/saat) proqramı üzrə 111 km/saat sürəti ilə hərəkət edən «Kia Sorento» minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürət limitini (60 km/saat) aşması kimi qeydə alınmışdır və sistem vasitəsilə avtomatik cərimə yazılmışdır. Lakin xx.xx.2025-ci il tarixdə baş vermiş göstərilən xətanın yeri, GPS:40.0143, 46.9465 ərazidə olan yolun sürət limiti 110 km/saat-dır. xx.xx.2025-ci il tarixdə «Kia Sorento» minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü qeyd olunan yol üzrə müəyyən edilmiş 110 km/saat sürət limitini aşmamışdır. Məhkəmə iclasında dindirilən Ağdam rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı X4 izahatında xx.xx.2025-ci il tarixdə «Mercedes Benz» markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtopatrulda X8 ilə birgə xidmətdə olduğunu göstərdi və X5 izahatında göstərilənləri təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 30238636 nömrəli 27 avqust 2025-ci il tarixli nömrəli inzibati xəta haqqında elektron qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən çəkilmiş çəklişdə göstərilmişdir ki, «Kia Sorento» minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 avqust 2025-ci il tarixdə xətanın yeri GPS:40.0143, 46.9465 ərazidə 60 km\saat sürət müəyyən edilmiş yolda 111 km\saat sürətlə hərəkət etmiş, yəni yolda müəyyən edilmiş hərəkət sürətini 51 km/saat aşmışdır. Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə- iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, yuxarıda göstərilən çəklişdə inzibati xətanı tərədilən GPS:40.0143, 46.9465 ərazi üzrə yolun sürət limiti 110 km/saatdır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Belə olan halda şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİnin X2 27 avqust 2025-ci il tarixli, EQ 30238636 nömrəli 27 avqust 2025-ci il tarixli qərarının ləğv edilməli və X1 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128-130,135-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməlində Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinin tərkibi olmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası DİN BDYPİ-nin X2 27 avqust 2025-ci il tarixli, EQ 30238636 nömrəli 27 avqust 2025-ci il tarixli qərarının ləğv edilsin və X1 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar