Məhkəmə qərarları › İş №3(013)-585/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-585/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-585/2024 26.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ağdam rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1969-cu il tarixdə Azərbaycan Respublikası Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, müharibə veteranı, Xocalı şəhərində yaşayan, Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 25 avqust 2024-cü il tarixdə saat 14-00 radələrində Ağdam rayonu ərazisində yerləşən 14 saylı X2 xırda xuliqanlıq hərəkətləri edərək münaqişə edərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmiş, göstərilən əməllərinə görə barəsində polis orqanı tərəfindən inzibati iş açılmış və materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Ağdam Rayon Polis Şöbəsinin polis sahə rəisi Tamerlan Bayramov göstərdi ki, Şəxs 25 avqust 2024-cü il tarixdə saat 14:00 radələrində Ağdam Rayonu ərazisində yerləşən 14 saylı X2 Səbuhi İsgəndərov ilə bir-birinin ünvanına uca səslə nalayiq ifadələr işlədərək mübahisə etmiş, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, əməkdaşların köməyi ilə rayon polis şöbəsinə gətirilmiş və barəsində protokol tərtib olunmuşdur. Hazırda əməllərini etiraf etmiş, peşmançılıq bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etdi, özünü təqsirli bilir. Göstərdi ki, həqiqətən 25 avqust 2024-cü il tarixdə saat 14-00 radələrində Ağdam Rayonu 14 saylı X2 Səbuhi İsgəndərov ilə uca səslə mübahisə edərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Əməlindən çox peşmandır və nəzərə alınmasını xahiş edir. Məhkəmə hesab edir ki, toplanmış materialda olan sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif edilmiş, o, həmin maddələrlə təqsirli bilinməli və tənbeh edilməlidir. Məhkəmə toplanmış materialları qiymətləndirib, Şəxs peşmançılığını, şəxsiyyətini, müharibə veteranı olmasını nəzərə alıb hesab edir ki, onun islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün inzibati qaydada cərimə edilməsi mümkündür, bu tədbir onun islah olunması üçün yetərli olacaq. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 535-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınır. 25 avqust 2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə həmin şəxs daha ciddi xəyaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə qeyd edir ki, Şəxs onun təqsirləndirildiyi maddələrin sanksiyasının ağır olduğu İXM-nin 535.1-ci maddəsi ilə tənbeh veriləcək. Şəxs cəza təyin edərkən məhkəmə işin bütün hallarını, onun şəxsiyyətini, törənən xətanın dərəcəsi və xarakterini, əməlindən qismən də olsa peşman olmasını nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-119-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim : E.Bayramov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar