Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-59/2025 11.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi – həmin idarənin hüquq məsələləri üzrə baş məsləhətçisi X1 iştirakı ilə, xx.xx.1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də sahə rəisi işləyən, Bakı şəhəri Yasamal rayonu Şəhriyar küçəsi ev 5 mənzil 14-də yaşayan X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İ.M.Məmmədov məhkəməyə şikayət ünvanlayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda İ.M.Məmmədov məhkəməyə vəsatət ünvanlayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən İ.M.Məmmədov şikayətini müdafiə edərək göstərmişdir ki, "xxxx" MMC-də sahə rəisi işləyir. Həmin şirkət Ağdam şəhərində bərpa işləri görür. Ekologiya təşkilatının əməkdaşları 2024-cü ildə onu iş yerinə gələrək onun cərimə etmişlər. Görülən işlərə o deyil, "xxxx" MMC cavabdehlik daşıyır. Buna baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları MMC-ni deyil, onu cərimə etmişlər. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində işlədiyindən vaxtında şikayət verə bilmədiyini qeyd etməklə şikayətinin təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi A.X.Süleymanov məhkəmədə izahat verib təmsil etdiyi idarənin qərarının qanuni olduğunu qeyd etməklə şikayətin təmin ounmamasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə təqsirli bilinib, iki min beş yüz manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından İ.M.Məmmədovun şikayət vermək üçün buraxdığı müddət üzrlü olduğundan bərpa edilməli, İ.M.Məmmədovun şikayəti təmin edilərək onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə iki min beş yüz manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, şikayətə baxılarkən məlum olmuşdur ki, İ.M.Mahmudov "xxxx" MMC-də sahə rəisi işləməklə onun iş yeri işğaldan azad edilmiş Ağdam şəhəridir. İ.M.Mahmudov bu səbəbdən qərardan vaxtında şikayət edə bilməmişdir. Həmçinin qeyd etmək zəruridir ki, məhkəməyə şikayət etmək İ.M.Mahmudovun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yoll mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə məsuliyyət və fiziki şəxslər üçün üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üçün iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh nəzərdə tutmuşdur. Şikayət araşdırılarkən məlum olduğu kimi işğaldan azad edilmiş Ağdam şəhərində bərpa işləri İ.M.Mahmudov tərəfindən deyil, İ.M.Mahmudovun rəhbəri olmadığı "xxxx" MMC tərəfindən icra olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə İ.M.Mahmudov məsuliyyət daşımır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsində göstərilmişdir ki, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzbati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5-ci maddəsində göstərilmişdir ki, tətbiq edilmş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzbati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından X2 şikayət vermək üçün buraxılmış müddət bərpa edilsin. X2 verdiyi şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə iki min beş yüz manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-59/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-59/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver