Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-599/2025 23.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə, xx xxx 1987-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonu Qaradağlı bələdiyyəsinin sədri vəzifəsində işləyən, Ağdam rayonu, Qaradağlı ərazi dairəsi, Rzalar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs Ağdam rayon Qaradağlı bələdiyyəsinin sədri işləməklə bələdiyyənin 31 iyul 2025-ci il tarixli, 13 №-li iclas protokolunun surətini qəbul edildiyi vaxtdan 3 iş günü ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməli olduğu halda bunu etməmiş, bələdiyyənin həmin iclas protokolunun sürətini 06 avqust 2025-ci il tarixdə saat 00:16-da bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qarabağ Regional Ədliyyə İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qarabağ Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, xx.xx.2025-ci il tarixli 13 №-li protokolu işlərinin çox olması səbəbilə çatdıra bilmədyini, portala gec yüklədiyini, bir daha belə hallara yol verməyəcəyini bildirdi və ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi protokolla tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qarabağ Regional Ədliyyə İdarəsinin MN № ******* nömrəli 15 avqust 2025-ci il tarixli protokoldan və digər sənədlərdən görünür ki, Şəxs Ağdam rayon Qaradağlı bələdiyyəsinin sədri işləməklə bələdiyyənin 31 iyul 2025-ci il tarixli, 13 №-li iclas protokolunun surətini qəbul edildiyi vaxtdan 3 iş günü ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməli olduğu halda bunu etməmiş, bələdiyyənin həmin iclas protokolunun sürətini 06 avqust 2025-ci il tarixdə saat 00:16-da bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 549.2-ci maddəsinə əsasən bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsinə görə – vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktları qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində (bundan sonra – informasiya sistemi) yerləşdirməlidirlər. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi tam sübuta yetirilir və bu səbəbdən onun barəsində həmin maddənin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114 və 117-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-599/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-599/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver