Məhkəmə qərarları › İş №3(013)-606/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-606/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-606/2025 09.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Ağdam RPŞ-nin DYPB-nin inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X4 və X1 iştirakı ilə, xx xxxxxxx 1951-ci ildə Ağdam rayonu, Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonu, Quzanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi 09 sentyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Ağdam rayon Polis Şöbəsinin məktubu ilə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən Ağdam RPŞ-nin DYPB-nin inspektoru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində Ağdam rayon, Quzanlı qəsəbəsində Şəxs özünə məxsus VAZ-2106 markalı 10XP921 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və nəticədə yol nəliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs idarə etdiyi TOYOTA CAMRY markalı 99LA147 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur, nəticədə Ağdam rayonu Quzanlı kəndində yaşayan X4 və X2 xəsarət almışdır. Ağdam rayon Polis Şöbəsinin təhqiqatçısı X8 tərəfindən xx.xx.2025-ci il tarixli HK-1/1380 nömrəli material üzrə qəbul olunmuş xx.xx.2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarına əsasən VAZ-2106 markalı 10XP921 dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddəsinin tərkibi olduğundan Şəxs barəsində inzibati tanbeh tədbiri görülməsi üçün qərarın sürəti Ağdam RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərilən hadisədə onun təqsiri olmadığını, hadisəni ehtiyyatsızlıqdan törəndiyini, hadisə baş verən zaman özünün xəsarət almadığını bildirdi və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs izahatında hadisə zamanı onun idarə etdiyi TOYOTA CAMRY markalı 99LA147 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəydiyini bildirdi və işin qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X4 izahatında Şəxs şikayətinin olmadığını bildirdi və işin qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X2 izahatında Şəxs şikayətinin olmadığını bildirdi və işin qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası DİN Ağdam RPŞ-nin DYPB-nin inspektoru X6 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində Ağdam rayon, Quzanlı qəsəbəsində Şəxs özünə məxsus VAZ-2106 markalı 10XP921 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və nəticədə yol nəliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs idarə etdiyi TOYOTA CAMRY markalı 99LA147 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İşdə olan Ağdam rayon Polis Şöbəsinin təhqiqatçısı X8 tərəfindən xx.xx.2025ci il tarixli HK-1/1380 nömrəli material üzrə qəbul olunmuş xx.xx.2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarına əsasən VAZ-2106 markalı 10XP921 dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tanbeh tədbiri görülməsi üçün qərarın sürəti Ağdam RPŞ-nin DYPB-yə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxslərə maddi zərər vurulmasına görə - beş yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati protokolu və əlavə olunmuş sənədləri, inzibati protokolu tərtib etmiş vəzifəli şəxsin, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib nəticəyə gəlir ki, Şəxs inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar aşkar edilməmişdir. Beləliklə Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokola, protokola əlavə olunmuş sənədlərə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatına əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyası həddində, yəni cərimə növündə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106- 119-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar