Məhkəmə qərarları › İş №3(013)-612/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-612/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-612/2024 18.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, Ağdam rayonu Üçoğlan kənd bələdəyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair material üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə Ağdam Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ağdam rayonu Üçoğlan kənd bələdəyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 253-1.1.3-cü maddəsi ilə MN ******* saylı 03 sentyabr 2024-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati materialı nəzərdən keçirərək hesab edir ki, qeyd olunan protokol və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Belə ki,material məhkəmədə öyrənilərkən məlum olmuşdur ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında protokol tərtib edilərkən sənədlərin surəti ona rəsmi qaydada verilməmiş, o, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmamış, onun izahatı alınmamış, hüquqi və xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqdim olunmamış, onun fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 100.1.3, 100.1.4, 100.2, 100.3-cü maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.2-cu maddəsinə əsasən Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikasının Nazirler Kabinetinin 15 may 2018-ci il tarixli 217 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması” Qaydasının 3.7-ci maddəsinə əsasən istifadəsində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları tərəfindən aparılan yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumat hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirir və uçot hesabatları ilə birlikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Bundan başqa iş materialları öyrənilərkən məlum olmuşdur ki, Şəxs 2023-cü il üçün nəzərdə tutulmuş yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların vaxtında idarəyə təqdim olunmamasına görə protokol tərtib edilmişdir.Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların Şəxs tələb edilməsi, monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklərin nədən ibarət olması barədə sübutlar təqdim olunmamış,həmçinin inzibati xəta haqqında protokolun hansı səbəbdən 2024-cü ilin yanvar ayında deyil, xx.xx.2024-cü ildə tərtib edilməsi aydın olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsində göstərilmişdir ki, İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Həmin Məcəllənin 100.1.10-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ağdam rayonu Üçoğlan kənd bələdəyəsinin sədri Şəxs barəsində tərtib olunmuş inzibati materialın məhkəmə baxışına təyin edilməsindən imtina edilsin. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar