Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-654/2024 17.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şafa oğlunun və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxx 1973-cü ildə Ağdam rayonu Böyükbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağdam rayonu, Üçoğlan ə\d, Böyükbəyli kəndində qeydiyyatda olan və Ağdam rayonu Üçoğlan ə\d, Böyükbəyli kəndində yaşayan Şəxs Şafa oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 17 sentyabr 2024-cü il tarixdə, Ağdam Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs Şafa oğlu xx.xx.2024-cü il tarixdə Ağdam rayon Usublu kəndi ərazisində X3 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şafa oğluna vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X5 inzibati protokolu müdafiə edərək göstərdi ki, X4 xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidməti-zəng mərkəzinə və Ağdam RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə Usublu kəndi ərazisində Şəxs Şafa oğlu onu döymüşdür. Hadisə ilə bağlı Ağdam rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış və Şəxs Şafa oğlunu əməlində inzibati xəta tərkibi olduğu üçün inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağdam RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X4 göstərmişdir ki, Şəxs Şafa oğlu xx.xx.2024-cü il tarixdə Ağdam rayon Usublu kəndi ərazisində onu döymüşdür. Hazırda Nizami ilə barışmışdır, ondan şikayəti yoxdur və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şafa oğlu özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Ağdam rayon Usublu kəndi ərazisində X3 döymüşdür. Əməlindən peşmandır, hazırda X4 ilə barışmışdır və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdığına görə, Şəxs Şafa oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılmış Ağdam RPŞ-nin TB-nun təhqiqatçısı E.Abdullayev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlamasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs Şafa oğlunun xx.xx.2024-cü il tarixdə Ağdam rayon Usublu kəndi ərazisində X3 döymüşdür və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağdam RPŞ İTB-yə göndərilmişdir. İş materiallarında olan Ağdam RPŞ İTB-nin MN seriyalı, ******* nömrəli, 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Şafa oğlu xx.xx.2024-cü il tarixdə Ağdam rayon Usublu kəndi ərazisində X3 döymüşdür. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cü maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs Şafa oğlu barəsində 16 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş inzibati protokola xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106- 119-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Şafa oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-654/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-654/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver