Məhkəmə qərarları › İş №3(013)-655/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-655/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-655/2024 17.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və Zərərçəkmiş şəxs Şafa oğlunun iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Ağdam rayonu Ortaqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağdam rayonu, Üçoğlan ə\d, Ortaqışlaq kəndində qeydiyyatda olan və Ağdam rayonu Üçoğlan ə\d, Ortaqışlaq kəndində yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Ağdam rayon Usublu kəndi ərazisində Zərərçəkmiş şəxs Şafa oğlunu döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X6 inzibati protokolu müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs Şafa oğlu xx.xx.2024-cü il tarixdə Ağdam RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Usublu kəndi ərazisində X5 onu döymüşdür. Hadisə ilə bağlı Ağdam rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış və X4 əməlində inzibati xəta tərkibi olduğu üçün inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağdam RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs Şafa oğlu göstərmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə Ağdam rayon Usublu kəndi ərazisində onu döymüşdür. Hazırda Sadiq ilə barışmışdır, ondan şikayəti yoxdur və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Ağdam rayon Usublu kəndi ərazisində Zərərçəkmiş şəxs Şafa oğlunu döymüşdür. Əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs Şafa oğlu ilə barışmışdır və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdığına görə, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılmış Ağdam RPŞ-nin TB-nun təhqiqatçısı E.Abdullayev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlamasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, X1 xx.xx.2024-cü il tarixdə Ağdam rayon Usublu kəndi ərazisində Zərərçəkmiş şəxs Şafa oğlunu döyməsi barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağdam RPŞ İTB-yə göndərilmişdir. İş materiallarında olan Ağdam RPŞ İTB-nin MN seriyalı, ******* nömrəli, 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Ağdam rayon Usublu kəndi ərazisində Zərərçəkmiş şəxs Şafa oğlunu döymüşdür. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cü maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, X5 barəsində 16 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş inzibati protokola xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106- 119-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar