Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-656/2024 17.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şəxs katibliyi, Agdam RPŞ-nın DYPB-nin inspektoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1963-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağdam rayonu, Seyidli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 17 sentyabr 2024-cü il tarixdə Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Ağdam rayonu Baharlı-1 qəsəbəsindən “Oka” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quzanlı qəsəbəsinə gedərkən, Xındırıstan kənd ərasizindən keçən hissəsində qarşısına sahibsiz heyvan çıxması səbəbindən idarə etməni itirmiş və yolun sağ kənarında olan dəmir materialdan ibarət internet direyinə çırpılmış və yolnəqliyyat hadisəsi törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən Azərbaycan Respublikası DİN Ağdam RPŞ-nin YPXnin inspektoru polis serjantı X2 oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Ağdam rayonu Xınıdırıstan kəndi ərazisində “Oka” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmiş yolun sağ kənarında olan dəmir materialdan internet direyine çırpılmış və yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Ağdam rayonu Baharlı-1 qəsəbəsində yaşadığı həmin ərazi dairəsi üzrə icra nümayəndəliyinin inzibati binasında ayrılan xüsusi otaqda tək oturub spirtli içki qəbul etdiyini,daha sonra “Oka” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Quzanlı qəsəbəsinə getmiş, yolda Anar adlı şəxsin onu saxlatdığını və Quzanlı qəsəbəsinə getdiyini demişdir. Xındırıstan kəndi ərazisindən keçərkən qarşısına sahibsiz heyvan çıxdığı üçün idarə etməni itirdiyini və internet dirəyinə çırpılmışdır və yol-nəqliyyat hadisəsi törətmişdir. Əməlindən səmimi peşmandır, onun maddi ziyanın qısa müddətdə ödəyəcəyini, həmin hadisə zamanı özünündə və digər şəxslərin xəsarət almadığını bildirdi və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Ağdam rayonu Baharlı-1 qəsəbəsinin ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında birlikdə içmiş daha sonra “Oka” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayon Quzanlı qəsəbəsinə gedərkən, Xındırıstan kəndi ərazisindən keçərkən Sahibin qarşısına sahibsiz it çıxdığına görə idarəetməni itirmiş yolun sağ kənarında dəmir materialdan olan internet direyinə çırpılmışdır və yol-nəqliyyat hadisəsi törətmişdir. Hazırda onun Şəxs şikayəti və tələbi yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Ağdam RPŞ-nin YPX-nin inspektoru polis serjantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati xəta törətmişdir. İş materiallarında olan X4 TB-nin təhqiqatçısı polis leytenantı Elşən Abdullayev 12 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərarının surətindən görünür ki, Şəxs sürücülük hüququ olmadan orta dərəcəli sərxoş halda idarə etdiyi “Oka” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Xındırıstan kəndi ərazisində əks istiqamətli zolağına çıxmaqla manevr etmiş yolun sağ kənarında dəmir materialdan olan internet dirəyinə çırpılmışdır və yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə inzibati protokolu və əlavə olunmuş sənədləri, inzibati protokolu tərtib etmiş vəzifəli şəxsin, şahidlərin, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib nəticəyə gəlir ki, Şəxs inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəsəkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə Ağdam RPŞ-nin YPX tərəfindən tərtib edilmiş inzibati protokola, protokola əlavə olunmuş sənədlərə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatına əsasən İsmayılov Yusif Sahib oğlunun inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin sanksiyası həddində, yəni cərimə növündə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106- 119-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-656/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-656/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver