Məhkəmə qərarları › İş №3(013)-658/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-658/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-658/2024 15.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxs X8, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsi – həmin şöbənin məsləhətçisi (əmək müfəttişi) X5 iştirakı ilə, xx.xx.1960-cı ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-nin direktoru işləyən, Ağdam şəhəri Nəsimi küçəsi ev 7-də qeydiyyatda olan, Ağdam rayonunun Quzanlı kəndində yaşayan X3 Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ regional şöbəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə F.S.Əzimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. F.S.Əzimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 130.1-ci maddələrində nəzərdə tutulmuş qaydada xx.xx.2024-cü ildə məhkəməyə şikayət edərək Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan F.S.Əzimov məhkəmədə izahat verib göstərmişdir ki, "xxxx" MMC-nin direktoru işləyir. xx.xx.2024-cü ildə "xxxx" MMC ilə "xxxx" MMC müqavilə bağlayaraq Salyan rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması barədə rəhbərlik etdiyi MMC-nin üzərinə öhdəlik götürmüşdür. "xxxx" MMC Salyan şəhərinin daxili kanalizasiya işlərinin qurulmasını fizki və icraçı şəxs Şahid Təhməz oğluna tapşırmış və bu barədə xx.xx.2024-cü ildə müqavilə bağlamışlar. Elşad işlərin görülməsində bütün məsuliyyəti üzərinə götürmüşdür. Şahid "xxxx" MMC-nin işçisi olmamışdır. Elşad xx.xx.2024-cü ildə onun məlumatı olmadan tanımadığı X1 Salyan şəhərində işlərin görülməsinə cəlb etmiş və sonuncu iş görərkən xəsarət almışdır. xx.xx.2024-cü ildə Elşad ona zəng vuraraq Təyyar Adıgözəlovun adına müqavilə bağlanmasını ona demiş və o, Təyyarın bir gün əvvəl işləməsindən və xəsarət almasından xəbəri olmadan adını işçilərin sisteminə salmışdır. "xxxx" MMC-nin T.B.Adıgözəlovu hər hansı bir işlərin görülməsinə cəlb etmədiyini qeyd etməklə şikayətinin təmin edilməsini xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsi O..O.Atayev məhkəmədə izahat verib təmsil etdiyi şöbənin qərarının qanuni olduğunu qeyd etməklə şikayətin təmin edilməməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Şahid Təhməz oğlu göstərmişdir ki, adına VÖEN olmaqla şirkətlərlə xidmət müqaviləsi bağlayaraq iş görməklə məşğuldur. Heç vaxt "xxxx" MMC-də işləməmiş və həmin cəmiyyətin işçisi olmamışdır. xx.xx.2024-cü ildə sifarişçi "xxxx" MMC ilə xidmət müqaviləsi bağlamış və Salyan şəhərində işlərin görülməsini üzərinə götürmüşdür. İşçi ilə əmək müqaviləsi bağlamaq hüququ olmuşdur. Vəzifəsi Salyan şəhərində "xxxx" MMC-nin gördüyü işlərin keyfiyyətinə, işləin gedişinə, işçilərin təhlükəsizliyinə nəzarət etmək olmuşdur. xx.xx.2024-cü ildə tanışı Müslümə demişdir ki, sonuncu qardaşı Təyyarı işə dəvət etsin. Təyyar gələrək kanalizasiya işlərini görməyə başlayarkən xəsarət almışdır. Təyyarın işləməsi və xəsarət alması barədə Fikrət Əzimova heç nə bildirməyərək sonuncu ilə əmək müqaviləsi bağlanması və adının sistemə salınması barədə xx.xx.2024-cü ildə Fikrət Əzimova xahiş etmişdir. Bundan sonra Fikrət Təyyarın adını sistemə salmışdır. Şahid qismində məhkəmədə izahat verən X2 göstərmişdir ki, xx.xx.2024-cü ildə Salyan şəhəri 20 Yanvar küçəsi ərazisində kanalizasiya sisteminin qurulması işlərinə cəlb olunmuş, onu həmin işin görülməsinə qardaşı Müslüm dəvət etmişdir. Müslüm onu Elşadın xahişi ilə işə çağırmışdır. Onunla əmək müqaviləsi bağlanmamış, işləri hansı şirkətin icra etdiyi ona həmin vaxt məlum olmamışdır. xx.xx.2024-cü ildə iş görərkən xəsarət almışdır. İşləri "xxxx" MMC-nin görməsi ona sonradan məlum olmuşdur. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının surətindən görünür ki, F.S.Əzimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan regional ərazi şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolunun surətindən görünür ki, "xxxx" MMC-nin direktoru F.S.Əzimovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, F.S.Əzimovun şikayəti təmin edilərək onun barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı ləğv edilməli və F.S.Əzimovun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.0.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, F.S.Əzimov barəsində tərtib olunmuş protokolda qeyd olunduğu kimi deyil, X1 xx.xx.2024-cü ildə hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməmişdir. Bu hal F.S.Əzimovun, onun təşəbbüsü ilə məhkəmədə dindirilmiş şahidin və həmçinin aşağıda göstərilən digər sübutlarla təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsinin surətindən göründüyü kimi nizamnamə əsasında fəaliyyət göstərən podratçı "xxxx" MMC subpodratçı "xxxx" MMC ilə (direktoru F.S.Əzimov) arasında Salyan rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması barədə razılaşma olmuşdur. "xxxx" MMC-nin direktoru F.S.Əzimov xx.xx.2024-cü ildə 09 saylı əmr qəbul edərək Salyan şəhərinin daxili kanalizasiya işlərinin qurulmasını fizki və icraçı şəxs Şahid Təhməz oğluna tapşırmışdır. Bundan sonra xx.xx.2024-cü ildə sifarişçi "xxxx" MMC ilə icraçı-mütəxəssis Şahid Təhməz oğlu arasında 01/2024 saylı xidmət müqaviləsi bağlanmış, Şahid müqavilənin 3.2.2, 3.2.4 və 3.2.5-ci bəndlərinə uyğun olaraq üzərinə işin göstərilməsi ilə əlaqədar sifarişçiyə məlumat vermək, şifarişçinin işçilərinə müvafiq təlimat və göstəriş vermək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri götürmüşdür. Həmin müqavilənin 6.4-cü maddəsinə göstərilmiş ki, icraçı müvafiq işin həyata keçirilməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət etməlidir, icraçının diqqətsizliyi səbəbindən baş vermiş hər hansı bədbəxt hadisə zamanı sirafişçi məsuliyyət daşımır, texniki təhlükəsizlik qaydalarının riayət olunmasına icraçı bilavasitə məsuliyyət daşıyır, sifarişçi bunun üçün məsuliyyət daşımır. X2 istər məhkəmədə, istərsə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 verdiyi izahatda göstərmişdir ki, o, xx.xx.2024-cü ildə Salyan şəhəri 20 Yanvar küçəsi ərazisində kanalizasiya sisteminin qurulması işlərinə cəlb olunmuş, onu həmin işlərə qardaşının Elşad adlı tanışı cəlb etmiş, onunla əmək müqaviləsi bağlanmamış, işləri hansı şirkətin icra etdiyi ona məlum olmamış, həmin gün iş görərkən xəsarət almış, hadisədən sonra ona məlum olmuşdur ki, işləri "xxxx" MMC görür, sözügedən şirkətdən Elşaddan başqa heç kimi tanımamışdır. Şahid Təhməz oğlu da öz növbəsində istər məhkəmədə, istərsə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 verdiyi izahatda X1 özünün işlərin görülməsinə cəlb etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Şahid vergi ödəyicisidir. Belə olan halda onun işçi ilə müqavilə bağlamaq səlahiyyəti olmuşdur. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 10 saylı məktubundan məlum olmuşdur ki, Şahid həmin MMC-də işləməmişdir. Göründüyü kimi "xxxx" MMC və F.S.Əzimovla T.B.Adıgözəlov arasında əmək münasibətləri yaranmamış, "xxxx" MMC və F.S.Əzimov T.B.Adıgözəlovu hər hansı bir işlərin görülməsinə cəlb etməmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X3 verdiyi şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar