Məhkəmə qərarları › İş №3(013)-663/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-663/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-663/2025 25.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İnzibati protokolu tərtib edən şəxs X6, Barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Azərbaycan Respublikası Ağdam rayonu Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fəhlə işləyən, Ağdam rayonu Bağbanlar kəndində qeydiyyatda olan və hazırda Bakı şəhəri, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 24 A, yataqxanada yaşayan, Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata və materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 8(001)-569/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədininn icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməyərək müəyyən olunmuş borcundan ödəniş etməmişdir. Bu müddət ərzində onun X3 4209 manat məbləğində aliment borcu yaranmışdır. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən 25 sentyabr 2025-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Alışzadə təqdimatı müdafiə edərək göstərdi ki, Şəxs icra işi onun icraatına verilmişdir. Şəxs dəfələrlə icra şöbəsinə dəvət edilmiş, ona borcunu ödəməyin zəruriliyi dəfələrlə izah edilmişdir.Bu barədə ona dəfələrlə yazılı xəbərdarlıq edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2474/2022- 006 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cəmi 193 manat sabit pul məbləğində alimentin tutulub tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 8(001)- 569/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 misli hədində sabit pul məbləğində alimentin tutularaq tələbkar S.Abdullayevanın xeyrinə ödənilməsi qərara alınmışdır. Hər iki icra sənədləri üzrə icraat ümumi icraatda birləşdirilmişdir. Tələbkarlar dayanmadan yuxarı dövlət orqanlarına şikayətlər edir, məhkəmə icra məmurunun tədbir görməməsindən, hərəkətsizliyindən şikayətlər edir. İcra sənədi qeyd edildiyi vaxtdan hazırki vaxta qədər borclu Şəxs borcunu mütəmadi olaraq icra etmir. Borclu həmçinin məhkəmə icra məmurunu çağrışlarına da gəlmir, hazırda da axtarışla gətirilib. Bütün icra tədbirləri görülməsinə baxmayaraq borclu Şəxs 4209 manat aliment borcunu tam ödəməmiş, tələbkar şikayətlərini davam etdirir. Ona görə də təqdimatı müdafiə edir. S.Əhmədovun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında Bakı şəhərində tikintidə fəhlə işlədiyini, icra sənədi üzrə cəmi 4209 manat aliment borcunun olduğunu bildirdi. Göstərdi ki, həmin yaranmış borc məbləğlərini bir dəfəyə tam olaraq ödəyə bilmir. Hazırda olan borcunu tam şəkildə ödəməyə imkanı yoxdur, yaranmış aliment borcunu hissə-hissə olaraq ödəməyə söz verdiyini, nəzərə alınmasını xahiş edir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göründüyü kimi özünün etirafı və iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin həmin maddəsi ilə təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin həmin maddəsi ilə təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə məmurunun göstərdiklərini, işin hazırkı halını, tələbkar tərəfin mövqeyini nəzərə alıb hesab edir ki, Şəxs islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün o, inzibati qaydada həbs edilməlidir. İXM-nin 2-ci maddəsinə görə X2 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məzkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrasından dəfələrlə qərəzli şəkildə yayınmasını nəzərə alaraq ona inzibati həbs cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106- 119-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 /səkkiz/ gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 25 sentyabr 2025-ci il tarixdən saat 15-30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar