Məhkəmə qərarları › İş №3(013)-664/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-664/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-664/2024 25.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1963-cü ildə Ağdam rayonu Xındırıstan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Ağdam rayonu Sarıçoban kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 04 sentyabr 2024-cü il tarixdə saat 08:30 radələrində Ağdam rayonunda yerləşən X12 Sistemlerinin İstismarı idarəsinin inzibati binasında müdiri və kollektivi uca səslə nalayiq ifadələr işlədərək, yəni xırda xuliqanlıq hərəkətləri etmişdir. Tərtib edilmiş inzibati protokolun məzmununa görə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN Ağdam Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X7 inzibati protokolu müdafiə edərək göstərdi ki, Şəxs 04 sentyabr 2024-cü il tarixdə saat 08:30 radələrində Ağdam rayonunda yerləşən X10 Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında müdiri və kollektivi uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan hərəkətlər, yəni xırda xuliqanlıq hərəkətləri etmişdir. Hadisə ilə bağlı Ağdam rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmışdır və onun barəsində İXM-nin 510-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Şəxs 04 sentyabr 2024-cü il tarixdə saat 08:30 radələrində Ağdam rayonunda yerləşən X12 Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında onu və idarənin kollektivi uca səslə nalayiq ifadələr işlətmiş və bunula bağlı onun tərəfindən Ağdam RPŞ-ya müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir və onu inzibati tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, Şəxs 04 sentyabr 2024-cü il tarixdə saat 08:30 radələrində Ağdam rayonunda yerləşən X13 Sitemlərinin İstismarı İdarəsinin inzibati binasında müdiri və kollektivi uca səslə nalayiq ifadələr işlədərək söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, Şəxs 04 sentyabr 2024-cü il tarixdə saat 08:30 radələrində Ağdam rayonunda yerləşən X13 Sitemlərinin İstismarı İdarəsinin inzibati binasında müdiri və kollektivi uca səslə nalayiq ifadələr işlədərək söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 oğlu göstərdi ki, Şəxs 04 sentyabr 2024-cü il tarixdə saat 08:30 radələrində Ağdam rayonunda yerləşən X13 Sitemlərinin İstismarı İdarəsinin inzibati binasında müdiri və kollektivi uca səslə nalayiq ifadələr işlədərək söymüşdür. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətməsi Ağdam rayon PŞ İTB-də tərtib edilmiş protokolla, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi və protokola əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106- 119-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar