Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-667/2024 22.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, xx xxxx 1985-ci ildə Laçın rayonu, Cağazur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonu Qİyaslı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 01 May küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağdam rayon Şelli kəndi ərazisindən keçən Qarqar çayından istifadəsi qadağan edilmiş sintetik torla qanunsuz balıq ovlayaraq balıq və digər su bioresuslarının mühafizəsi qaydalarını pozmuşdur. Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 24 sentyabr 2024-cü il tarixdə Ağdam rayon Şelli kəndi ərazisindən keçən Qarqar çayından istifadəsi qadağan edilmiş sintetik torla qanunsuz balıq ovlayaraq balıq və digər su bioresuslarının mühafizəsi qaydalarını pozmuşdur. Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X3 göstərmişdir ki, Şəxs 24 sentyabr 2024-cü il tarixdə Ağdam rayon Şelli kəndi ərazisindən keçən Qarqar çayından istifadəsi qadağan edilmiş sintetik torla qanunsuz balıq ovlayaraq balıq və digər su bioresuslarının mühafizəsi qaydalarını pozmuşdur. Odur ki, Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini tərəfindən tərtib edilmiş inzibati protokolla və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan MN № ******* nömrəli, 24 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 sentyabr 2024-cü il tarixdə Ağdam rayon Şelli kəndi ərazisindən keçən Qarqar çayından istifadəsi qadağan edilmiş sintetik torla qanunsuz balıq ovlayaraq balıq və digər su bioresuslarının mühafizəsi qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati protokola, protokola əlavə olunmuş sənədlərə əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə məvafiq hesab edir. Eyni zamanda inzibati xətanın tərədilməsində alət olmuş istifadəsi qadağan edilmiş sintetik torun müsadirə edilməsi Ağdam rayon Məhkəməsinin 3(013)- 666/2024 nömrəli 08 oktyabr 2024-cü il tarixli qərarı ilə həll edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 272.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-667/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-667/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver