Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-681/2025 17.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, xx xxxxxx 1999-cu ildə Ağdam rayonu, Mərzili ərazi dairəsi, Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonu, Mərzili ərazi dairəsi, Mərzili kəndində qeydiyyatda olan və Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə tərtib olunmuş inzibati materiala Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət X6 yanında Suların İstifadəsinə və X1 Xidməti 7 saylı X3 böyük məsləhətçi-müfəttişi X4 tərəfindən tərtib olunmuş 02 oktyabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs barəsində 02 oktyabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Ağdam rayonu, Qərvənd kəndi ərazisində yerləşən yerləşən heyvandarlıq fermasında formalaşan tullantı suların kənara təyinatsız axıdılmışdır. Qeyd olunan qərarın məzmununa görə Şəxs Azərbaycan Respublikası İXMnin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının Dövlət X6 yanında Suların İstifadəsinə və X1 Xidməti 7 saylı X5 və Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və ya nümayəndənin iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Dövlət X6 yanında Suların İstifadəsinə və X1 Xidməti 7 saylı X3 nümayəndəsinin və Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Belə ki, İş materiallarında olan MN seriyalı, № ******* nömrəli, 02 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Ağdam rayonu, Qərvənd kəndi ərazisində yerləşən yerləşən heyvandarlıq fermasında formalaşan tullantı suların kənara təyinatsız axıdılmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə- fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qanunvericiliyini yuxarıda sadalanan maddələrinə əsaslanaraq hesab edir ki, Şəxs inzibati xətanı törətməsi faktı sübuta yetirilir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 30-34, 106-115 və 262.2.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 100 (yüz) manat cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-681/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-681/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver