Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-696/2024 07.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin yol patrul xidməti inspektoru X6, Ağdam rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsi polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1985-ci il tarixdə Ağdam rayonu, Kolqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonu, Kolqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 332.1, 343.4, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində Ağdam rayon Bənövşələr qəsəbəsində Şəxs idarə etdiyi "VAZ-2107" markalı, **- DN-*** nömrəli avtomobillə avtoxuliqanlıq etmiş və onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış lakin o, tibbi müayinədən imtina etmişdir. Bundan əlavə Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati protokolu tərtib etmiş Ağdam rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin yol patrul xidməti inspektoru X12 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində Ağdam rayon Bənövşələr qəsəbəsində Ağdam RPŞ-nin DYPBnin polis nəfəri, polis serjantı X13 ilə birlikdə xidmətdə olarkən "VAZ-2107" markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü adı sonradan Şəxs müəyyən olunmuş şəxsin avtoxuliqanlıq etdiyini aşkar edərək saxla işarəsi versək də, ancaq o, saxla tələbinə məhəl qoymayaraq hərəkətinə davam etmişdir. Sonradan süni tıxac yaradılaraq avtomobil tərəfimizdən saxlanılmışdır. Bu zaman sürücü Şəxs və sərnişinlər X10, X1, X3 və X8 polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdirlər. Biz dəfələrlə onları nizam- intizama dəvət etsək də, ancaq həmin şəxslər öz intizamsız hərəkətlərini davam etdirərək tabesizlik göstərmişdirlər. Həmçinin, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış lakin o, tibbi müayinədən imtina etmişdir. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsi polis sahə rəisi X7 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs dəfələrlə nizam- intizama dəvət edilsə də, Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, sərxoş olduğu üçün belə hərəkətlərə yol verdiyini, əməlindən səmimi peşman olduğunu bildirdi və ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon Polis Şöbəsinin DYPB-nin YPXB-nin baş inspektoru X4 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində Ağdam rayon Bənövşələr qəsəbəsində Ağdam RPŞ-nin DYPB-nin polis nəfəri, polis serjantı X13 ilə birlikdə xidmətdə olarkən "VAZ-2107" markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü adı sonradan Şəxs müəyyən olunmuş şəxsin avtoxuliqanlıq etdiyini aşkar edərək saxla işarəsi versək də, ancaq o, saxla tələbinə məhəl qoymayaraq hərəkətinə davam etmişdir. Sonradan süni tıxac yaradılaraq avtomobil tərəfimizdən saxlanılmışdır. Bu zaman sürücü Şəxs və sərnişinlər X10, X1, X3 və X8 polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdirlər. Biz dəfələrlə onları nizam- intizama dəvət etsək də, ancaq həmin şəxslər öz intizamsız hərəkətlərini davam etdirərək tabesizlik göstərmişdirlər. Həmçinin, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış lakin o, tibbi müayinədən imtina etmişdir. `Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 343.4, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri inzibati protokolla, şahid ifadələri və digər sənədlərlə tam sübuta yetirilir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan İXP № ******* nömrəli 06 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində idarə etdiyi "VAZ-2107" markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 332.1, 343.4, 511.1.3-cü maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan MN № ******* nömrəli 07 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə avtoxuliqanlıq edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 343.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hall hesab edilir. Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli 724 nömrəli arayışından görünür ki, Şəxs alkotesterdən imtina etmiş, lakin onun ağzından spirtli içki gəldiyi və qeyri-iradi mimiki hərəkətlər etdiyi və onun sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin sanksiyası həddində, yəni inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. İş materiallartırda olan 06 oktyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 oktyabr 2024-cü il saat 19:00-dən inzibati qaydada tutulmuşdur. Odur ki, həmin müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəlsi ilə inzibati xətalara dair işlərə baxılması hakimin səlahiyyətinə aid olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında materialların baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən, əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 343.4, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin sanksiya çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətində məhdudlaşdırılmaqla onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. Həbs etmənin əvvəli 06 oktyabr 2024-cü il tarixdən hesablansın. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi hissəsində başlanmış inzibati xəta haqqında materialların baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-696/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-696/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver