Məhkəmə qərarları › İş №3(013)-700/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-700/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-700/2024 07.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ağdam rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Azərbaycan Respublikası Ağdam rayonu Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam rayonu Çəmənli kəndində yaşayan, Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 06 oktyabr 2024-cü il tarixdə saat 18-00 radələrində Ağdam rayonu Bənövşələr qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bu səbəbdən barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Ağdam Rayon Polis Şöbəsinin polis sahə rəisi Tamerlan Bayramov göstərdi ki, Şəxs 06 oktyabr 2024-cü il tarixdə saat 18:00 radələrində Ağdam rayonu Bənövşələr qəsəbəsi ərazisində Siracəddinin idarə etdiyi VAZ-2107 markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə tanışları Oqtay Allahverdiyev və Elməddin Əliyev ilə birlikdə Ağdam rayonu Baharlı qəsəbəsində yerləşən 2 mərtəbə adlanan kafedə Elməddinin ad gününü qeyd etməkdən gələrkən yolda YPX əməkdaşları onlara saxla işarəsi etmiş, lakin Siracəddin maşını saxlamayaraq hərəkətinə davam etmiş, bu zaman YPX əməkdaşları xidməti avtomaşınla onların arxasınca gəlmiş və bir müddət sonra onların əyləşdikləri avtomaşının yanacağı qurtarmış və onlar avtomaşından düşmüşlər və bu vaxt YPX əməkdaşları ilə aralarında mübahisə yaranmış və onların qanuni tələblərinə tabe olmamış, əməkdaşların köməyi ilə rayon polis şöbəsinə gətirilmiş və barəsində protokol tərtib olunmuşdur. Hazırda əməllərini etiraf etmiş, peşmançılıq bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etdi, izahatında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək əməlindən səmimi peşman olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, polis əməkdaşları ilə əsəbi halda uca səslə danışaraq onların qanunu tələblərinə əməl etməmişdir. Bir daha bildirir ki, əməlindən peşmandır, ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci madəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinməli və tənbeh edilməlidir. Məhkəmə toplanmış materialları qiymətləndirib, Şəxs peşmançılığını, şəxsiyyətini nəzərə alıb hesab edir ki, onun islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün inzibati qaydada cərimə edilməsi mümkündür, bu tədbir onun islah olunması üçün yetərli olacaq. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 535-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınır. 06 oktyabr 2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. İXM-nin 31.4-1-ci maddəsi nəzərdə tutur ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106- 119-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim :E.Bayramov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar