Məhkəmə qərarları › İş №3(013)-700/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-700/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-700/2025 09.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Apdam rayonunun Şurabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Şurabad kəndində qeydiyyatda olan, Ağdam rayonu İmamqulubəyli qəsəbəsi ev 510-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 17 avqust 2025-ci ildə saat 20 radələrində yaşadığı Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yerləşən evdə Zərərçəkmiş şəxs döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək göstərmişdir ki, Nərminə onun bibisi qızıdır. Nərminə onlara qonaq gəlmiş və bir neçə gün qalmışdır. Nərminə onlarda qaldığı müddətdə bir neçə dəfə qəbristanlığa getmək adı ilə saat 18 radələrində evdən getmişdir. 17 avqust 2025-ci ildə Nərminə saat 18 radələrində evdən getmiş və 20 radələrində qayıtmışdır. Nərminəni qəbristanlıq adı ilə özbaşına başqa yerə getdiyi üçün döymüşdür. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs onun dayısı oğludur. Bir neçə gündür Faiq gildə qonaq qalır. 17 avqust 2025-ci ildə Faiqgildən çıxaraq Xındırıstan kəndinə qəbristanlığa nənəsinin qəbrini ziyarət etməyə getmişdir. Saat 20 radələrində evə qayıtdıqda Faiq ona qəbristanlığa deyil, başqa yerə getdiyini deyərək onu döymüşdür. Faiq ona şər atmış və bu səbəbdən barışmadığını qeyd etməklə qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olmaqla məhkəmədə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxsin izahatı, Ağdam Rayon Polis X1 təhqiqatçısının HK-1/1452 saylı material üzrə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, beş yüz manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar