Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-703/2024 24.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Şikayət verən şəxs X3 iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Ağdam rayonunun Mollalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, rayonun Mollalar kəndində qeydiyyatda olan, Birinci Quzanlı Qəsəbəsi ev 79-da yaşayan, X3 - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin xx.xx.2024-cu il tarixli EQ21775858 saylı, xx.xx.2024-cu il tarixli EQ23725464 saylı və xx.xx.2024-cu il tarixli EQ 23917678 saylı protokolların va surucülük huququnun məhdudlaşdırılması barədə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarların, həmçinin 400 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2024-cu il tarixli EQ 23917678 saylı protokolun və həmin tarixli - Qərarlarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X1 qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin xx.xx.2024-cü il tarixli, oğlu X6 məxsus "Mitsubishi Outlander" markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.2-ci maddəsi ilə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar (protokol nömrəsi EQ ********) sürücülük vəsiqəsinə 03 cərimə balı və xx.xx.2024-cu il tarixdə İXM-nin 327.2cı maddəsi ilə tətbiq edilmis inzibati cərimə ilə əlaqədar (protokol nömrəsi EQ ********) sürücülük vəsiqəsinə 03 cərimə balı əlavə edildiyi üçün həmin tarixdə cərimə balları 20 balı keçdiyiyindən DİN-nin BDYPİ-nin qərarı ilə 06 ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir. Lakin bildirir ki, avtomobili həmin tarixlərdə özü deyil, ezamiyyətə gedən oğlu X11 idarə etmiş və həmin avtomobilin idarə edilməsi üçün sonuncu etibarnaməni ona verildiyi üçün cərimə balı ona məxsus BC kateqoiyalı, AC 915426 seriyalı sürücülük vəsiqəsinə tətbiq edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə oğlu həmin avtomobillə Bərdə rayonu ərazisində sürət həddi 50 km/saat nəzərdə tutulmuş yolda 61 km/saatla hərəkət etdiyi üçün ona İXM-nin 332.3-cü maddəsi ilə, yəni «İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə» 400 manat cərimə cəzası tətbiq edilmişdir (protokoll nömrəsi : EQ ********). Lakin həmin vaxtı da avtomobili özü deyil, oğlu Nicat Talıbov idarə etmişdir. Odur ki, xx.xx.2024-cu il tarixli, EQ 21775858 saylı, xx.xx.2024-cu il tarixli, EQ 23725464 saylı və xx.xx.2024-cu il tarixli EQ 23917678 saylı protokolların va surucülük huququnun məhdudlaşdırılması barədə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarların, həmçinin 400 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2024-cu il tarixli, EQ 23917678 saylı protokolun və həmin tarixli qərarın ləğv edilməsini, sürücülük hüququnun bərpa edilməsinini və qeyd edilən cərimə ballarının və inzibati cərimələrin həmin tarixlərdə avtomobili idarə etmiş oğlu N.Talıbova tətbiq edilməsi barədə və 400 manat inzibati cərimənin İXM-nin 332.1-ci maddəsinə istinad edilməklə deyil, oğlu Nicat Talıbova münasibətdə 328.1-ci maddəsinə istinad edilməklə 10 manat hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında ərizəsini müdafiə etdi. Əlavə olaraq göstərdi ki, "Mitsubishi Outlander" markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu X4 mülkiyyətindədir. Oğlu Nicat tərəfindən verilmiş 30 may 2024-cü il tarixli etibarnamə ilə həmin avtomobili özü idarə edir. Oğlu Nicat Bakı Şəhərinə ailə vəziyyəti ilə əlaqədar gedərkən 14 iyun 2024-cü il tarixdə avtomobili idarə etmiş, yolda əks hərəkət zolağına çıxmış və İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan hərəkət qaydasını pozmuşdur. Avtomaşın etibarnamə ilə onun adında olduğu üçün bu barədə EQ 21775858 saylı Elektron Qərarla 80 manat cərimə edilmiş, sürücülük vəsiqəsinə 3 cərimə balı yazılmış, həmin vaxt cərimə balı 19 olmuşdur. 21 sentyabr 2024-cü il tarixdə də oğlu Nicat Talıbov Bakı Şəhərinə ezam edildiyindən, həmin gün də avtomaşını idarə etmiş və Nicat İXM-nin 327.2-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş, 23725464 saylı Elektron Qərarla yenə də onun sürücülük vəsiqəsinə 03 cərimə balı əlavə edilmiş, cərimə balları 20 balı keçdiyiyindən İXM-nin 327.2-ci maddəsi ilə 100 manat cərimə edilmiş və İXM-nin 327.7-ci maddəsinə əsasən cərimə tətbiq edilmədən sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Sonradan xx.xx.2024-cü il tarixdə oğlu Nicat həmin avtomobillə Bərdə rayonu ərazisində sürət həddi 50 km/saat nəzərdə tutulmuş yolda 61 km/saatla hərəkət etdiyi üçün yenə də etibarnamə ilə həmin avtomaşın onun adına qeydə alındığı üçün ona İXM-nin 332.3-cü maddəsi ilə, yəni İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 400 manat cərimə edilmişdir. Halbuki avtomaşını Nicat idarə etdiyindən İXM-nin 328.1-ci maddəsi həmin inzibati xəta törədilməsinə görə 10 manat məbləğində cərimə tənbehi nəzərdə tutur. Ona görə də barəsində tərtib edilmiş protokollarla və Elektron Qərarlarla razı deyil, həmin inzibati xətaları törətmiş oğlu Nicat Talıbov məsuliyyət daşımalıdır. Hesab edir ki, xx.xx.2024-cu il tarixli, EQ 21775858 saylı, xx.xx.2024-cu il tarixli, EQ 23725464 saylı və xx.xx.2024-cu il tarixli, EQ 23917678 saylı protokollar və qərarlar ləğv edilməli, sürücülük hüququ bərpa edilməli, oğlu N.Talıbova tətbiq edilmiş 400 manat inzibati cərimə İXM-nin 332.1-ci maddəsinə istinad edilməklə deyil, İXM-nin 328.1-ci maddəsinə istinad edilməklə 10 manat hesablanmalıdır. Bu barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Nicat Talıbov göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Tərtər Rayon Polis X8 rəisidir. "Mitsubishi Outlander" markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüquqları ilə özünə məxsusdur və avtomaşını əksər hallarda özü idarə edir. X2 təqaüdçüdür, hərdən bir təsadüfi hallarda həmin avtomaşınla ev işlərinin ardınca gedir, bu məqsədlə 30 may 2024-cü il tarixdə həmin avtomobili müvəqqəti olaraq idarə etmək üçün X2na etibarnamə vermişdir. **-RN-*** dövlət qeydiyyat nişanlı həmin avtomobili ilə ailə vəziyyəti ilə əlaqədar Bakı Şəhərinə gedərkən 14 iyun 2024-cü il tarixdə özü idarə etmiş, tələsdiyi üçün yolda əks hərəkət zolağına çıxdığından İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan hərəkət qaydasını pozmuş, avtomaşın etibarnamə ilə atasının adında olduğundan həmin hərəkət pozuntusuna görə tərtib edilmiş EQ 21775858 saylı Elektron Qərarla atası 80 manat cərimə edilmiş, sürücülük vəsiqəsinə 3 cərimə balı yazılmışdır. Sonradan məlum olmuşdur ki, atasına hesablanmış cərimə balı 19 olmuşdur. xx.xx.2024-cü il tarixdə rəhbərlik etdiyi bölmənin icratında olan cinayət işlərinin məruzə etmək üçün Bakı Şəhərinə getməli idi və bu barədə Tərtər Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-113/Ə279/2024 saylı ƏMRi verilmişdir. 21 sentyabr 2024-cü ildə tarixdə X20 həmin əmri ilə 2 günlük Bakı Şəhərinə gedərkən həmin avtomaşını idarə etmiş və əks hərəkət zolağına çıxdığından yenə də İXM-nin 327.2-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş, 23725464 saylı Elektron Qərarla yenə də özünün deyil, atasının sürücülük vəsiqəsinə 03 cərimə balı da əlavə edildiyindən cərimə balları 20 balı keçmiş, avtomaşın etibarnamə ilə atasının adına qeydə alındığından atası Nazimhikmət Talıbov İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmiş və İXM-nin 327.7-ci maddəsinə əsasən cərimə tətbiq edilmədən sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixdə həmin avtomaşını özü idarə edərkən Bərdə rayonu ərazisində sürət həddi 50 km/saat nəzərdə tutulmuş yolda 61 km/saatla hərəkət etdiyi üçün yenə də etibarnamə ilə həmin avtomaşın atasının adına qeydə alındığı üçün atasına İXM-nin 332.3-cü maddəsi ilə, yəni İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 400 manat cərimə edilmişdir. Halbuki hər 3 halda avtomaşını atası Nazimhikmət Talıbov deyil, özü idarə etmişdir. İXMnin 328.1-ci maddəsi isə həmin inzibati xəta törədilməsinə görə 10 manat məbləğində cərimə tənbehi nəzərdə tutur. Bir daha bildirir ki, 14 iyun 2024-cü il, 21 sentyabr 2024-cü il və xx.xx.2024cü il tarixlərdə sözügedən avtomobili özü idarə etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsi məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndə göndərməmişdir ki, Azərbaycan Respublikasının İXM-nin 61-64-cü maddələrinin müddəaları baxımından məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və ərizə ilə bağlı əlaqəli sənədləri, elektron qərarları nəzərdən keçirib belə hesab edir ki, N.Talıbovun şikayəti qismən təmin edilməli, sadalanan protokol və qərarlar ləğv edilməli, N.Talıbovun sürücülük hüquqları bərpa edilməlidir. X9 hesablanmış 400 manat məbləğində cərimənin dəyişdirilməsi hissəsi təmin edilməməlidir, belə ki, həmin cərimə məbləğini nəzərdə tutan xx.xx.2024-cü il tarixli, EQ 23917678 saylı Elektron Qərar ləğv ediləcəyindən həmin cərimə məbləği də avtomatik olaraq silinməlidir. Ərizəyə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1960-cı il təvəllüdlüdür. AC 915426 saylı Sürücülük Vəsiqəsinin surətindən görünür ki, X3 BC kateqoriyalı sürücülük hüququ vardır. Mitsubishi Outlander markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsinə əsasən X5 mülkiyyətindədir. Nəqliyyat vasitələrindən istifadə edilməsi hqqında xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, Mitsubishi Outlander markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 nəqliyyat vasitəsini idarə etmək üçün verilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 21775858 saylı elektron qərarın surətindən görünür ki, X10 İXM-nin 327.2-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən 80 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 23725464 saylı protokoldan görünür ki, X10 İXM-nin 327.2-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən 100 manat məbləğində cərimə edilmiş, həmçinin sürücülük hüququ İXM-nin 327.7-ci maddəsinə əsasən 6 ay müddətinə mədudlaşdırılmışır. xx.xx.2024-cü il tarixli, EQ 23917678 saylı protokoldan görünür ki, X10 İXM-nin 332.3-cü maddəsi təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 23917678 saylı elektron qərarın surətindən görünür ki, X10 İXM-nin 328.1, 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tərtər Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-113/Ə279/2024 saylı ƏMRinin surətindən görünür ki, cinayət işlərinin məruzəçi və tərcüməyə təqdim olunması məqsədilə şöbənin istintaq qrupunun baş müstəntiqi, polis mayoru X14 xx.xx.2024-cü il tarixdən 2 gün müddətinə Bakı şəhərinə ezam edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tərtər Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 295 Ezamiyyət Vəsiqəsinin surətindən görünür ki, cinayət işləri ilə əlaqədar istintaq qrupunun baş müstəntiqi X14 2 gün müddətinə ezam edilmişdir. Tərtər Rayon Polis Şöbəsinin 14 iyun 2024-cü il tarixli icazə sənədindən görünür ki, həqiqətən həmin tarixdə Nicat Talıbov ailə vəziyyəti ilə bağlı 14-16 iyun 2024-cü il tarixlərdə Bakı Şəhərinə getməsi üçün icazə almışdır. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilir : Elektron Qərarlardan görünür ki, hazırkı şikayətçi Nazimhikmət Talbov etibarnamə ilə verilmiş avtomaşını oğlu Nicat Talıbov idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə /əks hərəkət zolağına çıxma/ 14 iyun 2024-cü il tarixdə inzibati xəta törətmiş, avtomaşın etibarnamə ilə hazırkı şikayətçinin adına qeydə alındığından o, 80 manat cərimə edilmiş və həmin normanın QEYDinə görə həmin inzibati xəta 3 balla qiymətləndirilmişdir. Bundan sonra etibarnamə ilə Nazimhikmət Talbova verilmiş avtomaşın oğlu Nicat tərəfindən idarə edilərkən 21 sentyabr 2024-cü il tarixdə İXM-nin 327.2-ci maddəsi ilə /əks hərəkət zolağına çıxma/ nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin inzibati xəta 3 balla qiymətləndirilməklə yenidən etibarnamə Nazimhikmət Talbovun adına olduğu üçün onun sürücülük vəsiqəsinə tətbiq edilmiş və Nazimhikmət Talbov 100 manat cərimə edilməklə həmçinin cərimə balı 20-ni ötdüyündən İXM-nin 327.7-ci maddəsinə əsasən 6 ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir /halbuki avtomaşınla həmin inzibati xətanı sair sürücü törətmişdir/. Bundan sonra isə həmin avtomaşınla Nicat Talıbov 01 oktyabr 2024-cü il tarixdə İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş, yenə də avtomaşın etibarnamə ilə Nazimhikmət Talbovun idarəçiliyində qeydə alındığından İXM-nin 332.3-cü maddəsi ilə /332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə/ 400 manat məbləğində cərimə edilmişdir /halbuki avtomaşın həmin vaxt sair şəxs tərəfindən idarə edilmişdir. Məhkəmə hesab edir ki, N.Talbovun ərizəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə görə Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Qanunvericiliyinin müddəaları nəzərdə tutur ki, /İXM-nin 6.1ci maddəsi/ inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 327-356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Sözügedən Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Qeyd olunan Məcəllənin 8.3-cü madəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53-cü maddəsinə görə /53.1.2/ əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir, /53.2/ hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd olunan Məcəllənin 122.7-ci maddəsinə görə barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Göründüyü kimi şikayətçi Nazimhikmət Talıbov göstərilən tarixlərdə sözügedən "Mitsubishi Outlander" markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmiş, göstərilən avtomaşın 30 may 2024-cü il tarixli etibarnamə ilə Nazimhikmət Talıbovun adına qeydə alındığından 14 iyun 2024-cü il, 21 sentyabr 2024-cü il və xx.xx.2024-cü il tarixlərdə avtomobillə törədilmiş inzibati xətalara görə inzibati tənbehlər onun ünvanına yazılmış, həmçinin cərimə balları il ərzində 20 balı ötdüyündən sürücülük hüquqları da məhdudlaşdırılmışdır. Məhkəmə iclasında Nazimhikmət Talıbov həmin tarixlərdə avtomaşın idarə etmədiyini bildirmiş, həmçinin Nicat Talıbov həmin tarixlərdə avtomaşını idarə etdiyini göstərmiş və inzibati xətaları özünün avtomaşını idarə edərkən törətməsini etiraf etmiş, onun göstərdikləri şikayətçinin ərizəsinə əlavə etdiyi sair sənədlərlə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, belə olan halda "Mitsubishi Outlander" markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixlərdə X12 tərəfindən idarə edildiyindən 14 iyun 2024-cü il tarixdə, 21 sentyabr 2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə həmin avtomaşınla törədilmiş inzibati xətalara görə Nahimhikmət Talıbov barəsində tərtib edilmiş protokol və qərarlar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-134, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X10 barəsində - "Mitsubishi Outlander" markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törədilmiş inzibati xətalara görə tərtib edilmiş xx.xx.2024-cu il tarixli, 21775858 saylı, 21 sentyabr 2024-cü il tarixli, 23725464 saylı və xx.xx.2024-cü il tarixli, 23917678 saylı protokollar və Elektron Qərarlar ləğv edilsin, N.talıbovun sürücülük hüququ bərpa edilsin. Şikayətin qalan hissəsi təmin edilməsin. İnzibati xəta törətmiş X4 inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülsün. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №3(013)-703/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-703/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver