Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-704/2025 27.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonunun Sarıcalı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şamaxı Rayon Polis X3 Polisi Bölməsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X.H.Həsənov məhkəməyə şikayət ünvanlayaraq göstərmişdir ki, xx.xx.2025-ci ildə saat 21:30 radələrində Şamaxı rayonunun Məlhəm kəndində yol patrul xidməti inspektoru heç bir səbəb olmadan onun idarə etdiyi «Hyundai» markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobili süni postda saxladaraq heç bir zərurət olmadan əsassız şəkildə ondan alkotester müayinəsindən keçməsini tələb etmişlər. Spirtli içki qəbul etmədiyini bildirsədə, polis əməkdaşları israrla alkotesterdən keməsini ondan tələb etmişlər. Təcili vacid işi olduğu üçün qanunsuz əmrə tabe olmuş və polis əməkdaşları 0,38 qram promil alkoqol olduğunu bildirmişlər. Polis əməkdaşları hal şahidi olmadan onu müayinədən keçirmiş və 400 manat cərimə etmişlər. Qeyd edilənlərə əsasən barəsində olan qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X.H.Həsənova məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X.H.Həsənovun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Şamaxı Rayon Polis X3 Polisi Bölməsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin nümayəndələrinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X.H.Həsənov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinib, dörd yüz manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, X.H.Həsənovun şikayəti təmin edilməyərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə məsuliyyət və otuz manat məbləğində cərimə növündə tənbeh nəzərdə tutmuşdur. Həmin Məcəllənin 333.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət və dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılması növündə tənbeh nəzərdə tutmuşdur. X.H.Həsənov idarə etdiyi avtomobildə işıq cihazlarından və səs siqnallarından istifadə etmədiyini, sərxoş olub-olmamasını müəyyən etmək üçün təcili tibbi yardımdan həkim çağırılmasını və ya onun həmin yerə aparılıb sərxoşluq müayinəsindən keçirilməyini tələb etdiyini bildirsə də, bu halı sübut edə bilməmişdir. Həmçinin X.H.Həsənovun hadisədən sonra da özü sərxoşluğunun olub-olmamasının müəyyən edilməsi üçün könüllü olaraq həkim müayinəsindən keçmək imkanı olmuş, lakin o, bu hüquqdan istifadə etməmişdir. X.H.Həsənovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokolla təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şamaxı Rayon Polis X3 Polisi Bölməsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X1 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şamaxı Rayon Polis X3 Polisi Bölməsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-704/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-704/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver