Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-707/2024 09.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qarayev Nürəddin Vəkil oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Ağdam rayonu, Rzalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonu, Qaradağlı ərazi dairəsi, Rzalar kəndində qeydiyyatda olan və yaşayan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon icra şöbəsinin icra məmuru Qarayev Nürəddin Vəkil oğlunun Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş inzibati protokolun məzmununa görə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(013)-36/2024 saylı icra sənədinə əsasən borclu Şəxs inzibati xəta törətdiyi üçün 3000 manat məbdəğində cərimə edilmişdir. Borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə vaxt verilmiş, rəsmi xəbərdarlıq edilmiş, lakin bu müddət ərzində borclu tərəfindən cərimənin ödənilməsi təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən Ağdam rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qarayev Nürəddin Vəkil oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(013)- 36/2024 saylı icra sənədinə əsasən borclu Şəxs inzibati xəta törətdiyi üçün 3000 manat məbdəğində cərimə edilmişdir. Borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə vaxt verilmiş, rəsmi xəbərdarlıq edilmiş, lakin bu müddət ərzində borclu tərəfindən cərimənin ödənilməsi təmin edilməmişdir. Odur ki, Şəxs İXM-nin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(013)-36/2024 saylı icra sənədinə əsasən borclu Şəxs inzibati xəta törətdiyi üçün 3000 manat məbdəğində cərimə edilmişdir. Maddi vəziyyəti ilə bağlı cəriməni ödəyə bilməmişdir, hazırda da cəriməni ödəməyə maddi imkanı yoxdur. Əməlindən səmimi peşmandır. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarından, o cümlədən Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(013)-36/2024 saylı icra sənədin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün 3000 manat məbdəğində cərimə olunmuş, cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə 09 oktyabr 2024-cü il tarixdə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxsnın inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyası həddində, yəni onun barəsində ictimai işlər tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 28, 529.2, 106- 119-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 160 (bir yüz altmış) saat ictimai işlər tətbiq olunsun. Şəxsnın üzərinə ictimai işlərinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərardan 10 (on) gün müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-707/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-707/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver