Məhkəmə qərarları › İş №3(013)-71/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-71/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-71/2025 31.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində "xxxx" MMC-də usta işləyən, Ağdam rayonunun Sarıcalı kəndində qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Abay Kunanbayev küçəsi bina 20-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci ildə saat 21:30 radələrində Ağdam rayonunun Evoğlu kəndində Nissan markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən uzaqvuran işıqlardan istifadə etməklə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuş, bununla əlaqədar olaraq Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxladılmış, ondan avtomobili idarə etmək üçün sənəd istənilərkən ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla əlaqədar olaraq onu intizama dəvət edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, xx.xx.2025-ci ildə saat 21 radələrində Nissan markalı ** VF *** nömrəli avtomobillə Ağdam rayonunun Evoğlu kəndində hərəkətdə olarkən uzaqvuran işıqlardan istifadə edib qaydanı pozmuş və polis tərəfindən saxlanılmışdır. Polis ondan sənəd istəmiş, lakin o, sənəd verməmişdir. Həmin vaxt avtomobildə olan atası Mübariz polislərlə mübahisə etmişdir. Bundan sonra onunla polis əməkdaşı arasında anlaşılmamazlıq yaranmışdır. Polis əməkdaşını söymədiyini, lakin mübahisə etdiyinə görə tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X2 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 göstərmişdir ki, xx.xx.2025-ci ildə saat 21:30 radələrində Ağdam rayonunun Evoğlu kəndində Ruhlan Yusifovla birlikdə xidmətdə olarkən Şəxs Nissan markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən uzaqvuran işıqlardan istifadə etməklə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. Ülvini saxlatmış, lakin sonuncu avtomobili saxlamamış və qarşıda Evoğlu postunda məcburən dayanmışdır. Ülvidən sənəd istəmiş, Ülvi və avtomobildə olan atası Mübariz polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişlər. Daha sonra Ülvi və atası mobil telefon çıxararaq çəkiliş aparmağa başlamışlar. Ülvini intizama dəvət etmiş, lakin sonuncu sakitləşməyərək söyüşlərini davam etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidlərin məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 21:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, səkkiz gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 30 yanvar 2025-ci il saat 21:40-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar