Məhkəmə qərarları › İş №3(013)-714/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-714/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-714/2025 15.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, xx.xx.1994-cü ildə İmişli rayonu, Qaraqaşlı kəndinə anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdam rayonu, Quzanlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 524-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair material üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə Ağdam Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 524-cü maddəsi ilə MN ******* saylı 20 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək 10 oktyabr 2025-ci il tarixli 61/2-22090/2025 saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdam rayon Polis Şöbəsinin məktubu ilə məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 524-cü maddəsi ilə tərtib edilmiş MN ******* saylı 20 avqust 2025-cü il tarixli inzibati protokol Ağdam rayon Polis Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxsnin barəsində tərtib olunmuş inzibati materialın məhkəmə baxışına təyin edilməsindən imtina edilsin. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Ağdam Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar