Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-716/2024 31.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi Ağdam Rayon Prokurorunun köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-də iqtisadçı işləyən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti bina 86 qeydiyyatda olan və Bakı şəhəri, 9-cu mikrorayon, Mircəlal küçəsi, bina 63A, mənzil 131 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə tərtib olunmuş inzibati materiala 31 oktyabr 2024-cü il tarixdə Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdam rayon prokuroru, ədliyyə müşaviri, X2 (05-İX-24) 24-1-2-2-401-1523 nömrəli material üzrə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında göstərilmişdir ki, fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Ağdam Rayon məhkəməsinə göndərilmişdir. Qeyd olunan qərarın məzmununa görə Şəxs Azərbaycan Respublikası İXMnin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Ağdam Rayon Prokurorunun köməkçisi X3 izahatında Şəxs "xxxx" MMC-də iqtisatçı vəzifəsində işlədiyi müddətdə, yəni xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Ağdam rayonu işğaldan azad olunmuş Qullar kəndi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus hörgü bloku istahsal edən zavodun ərazisində quraşdırılmış daş üyüdən dəzgahla görülən işlərin icrası zamanı texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, həmin qaydaları pozmaqla daş üyüdən dəzgahın təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzərinin qoruyucu vasitələrlə təchiz etməyib və nəticədə zavodda fəhlə işləyən İsgəndərov taleh Ziya oğlunun ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurduğunu bildirdi və Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində özünü təqsirli bilərək izahatında "xxxx" MMC-də iqtisatçı vəzifəsində işlədiyi və cəmiyyətin rəhbərliyinin müvafiq əmri ilə texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu bildirdi və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında materialı və digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 198.2-cü maddəsində görə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində görə Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyini yuxarıda sadalanan maddələrinə əsaslanaraq hesab edir ki, Şəxs inzibati xətanı törətməsi faktı sübuta yetirilir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 30-34, 106-115 və 192.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-716/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-716/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver